Məhsullar

Nat – Sedati̇v Kapsul

Bir kapsulun tərkibi:
Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı – 31 mq, istiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 31 mq, beşdişicikli yemişan (Crataegus pentagyna) meyvəsinin quru ekstraktı – 31 mq, dərman pişikotu (Valeriana officinalis) kök və kökümsovunun quru ekstraktı – 60 mq, dərman bədrənc (Melissa officinalis) yarpağının tozu – 100 mq, istiotlu nanə (Mentha piperita) yarpağının tozu – 100 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 47 mq, kapsul (jelatin, qliserin, su).

İstifadəsinə göstəriş:
Sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
Böyüklər: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: 25°C-dən yuxarı olma­yan temperaturda, rütu­bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif “zədələr” alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi və yüksək analiz qabiliyyəti tələb olunur. Bu səbəblərdən dolayı yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, adi ev işlərini görməyə yaxud iş yerindən evə getməyə belə əziyyət çəkirik. Bütün bu gündəlik problemlər müxtəlif nevrozlara, psixo-emosional gərginliyə, yuxusuzluğa, depressiv vəziyyətə, hətta ürək fəaliyyətinin pozulmalarına qədər gətirib çıxarır.

Herba Flora şirkətinin tam təbii, bitki tərkibli Nat-sedativ kapsulu bu və ya digər nevroloji problemlər zamanı yüksək effektə malikdir. Kapsul sinir sisteminin mərkəzi bölmələrində benzodiazepin reseptorlarına təsir edərək reflektor oyanıqlığı azaldır. Baş beyinin sinir hüceyrələrində tormozlanma proseslərini sürətləndirir. Sedativ, trankvilizəedici – qıcolma əleyhinə effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Nat-Sedativ kapsul ürəyin və beyinin oksigenlə təchizatını artırır, ürək əzələsini tonuslandıraraq qan dövranını yaxşılaşdırır, taxikardiya və aritmiyaları da aradan qaldırır.

Nat Sedativ kapsul təsiri

Herba Flora şirkətinin Nat-sedativ kapsulu digər sakitləşdirici və kimyəvi preparatlardan fərqli olaraq tərkibindəki mayasarmaşığı qozasının kumarin maddəsi, istiotlu nanə yarpağının mentol efir yağı sayəsində gün ərzində insan orqanizminə stimullaşdırıcı, tonuslandırıcı təsir edərək çox yuxululuğun qarşısını alır. Həm orqanizmi gümrahlaşdırır, həm də əhvali-ruhiyyəni yüksəldir. Kapsulun tərkibindəki el arasında ballı nanə kimi tanınan dərman bədrəncotu isə tac damarları genişləndirərək ürəyin qidalanmasını yaxşılaşdırır. Ürək nahiyəsindəki sinir mənşəli ağrıları, ürəkdöyünmələrin sayını azaldır və arterial təzyiqi aşağı salır. Həm də yüngül sidikqovucu effekt verir. Dərman bədrəncotunun sinir sistemini sakitləşdirici təsiri də məlumdur.

Herba Flora şirkətinin Nat-sedativ kapsulu tam təbii, bitki tərkibli olduğu üçün bütün xəstələrdə, o cümlədən, predmenstrual sindrom və klimaks, hamiləlik nevrozları, doğuşdan sonrakı nevrozlar, şəkərli diabet, hipertireoz kimi xəstəliklər zamanı narahatlıq, yuxusuzluq, qorxu, isterik vəziyyət, yorğunluq, depressiv vəziyyət və s. kimi psixoemosional sferada olan bütün problemlərdə tədricən təsir göstərir. Nat-sedativ kapsulunu həm tək şəkildə, həm də Herba Flora şirkətinin Sedativ çayı ilə kombin şəklində qəbul edə bilərsiz. 2 yaşdan yuxarı uşaqlar və böyüklər 1-2 kapsuldan gündə 3 dəfə, yeməkdən əvvəl daxilə qəbul etməli.

Nat-sedativ kapsulu qəbul edin, gün ərzində sakit və gümrah olun!

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar