HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Nat-Udi̇ Hi̇ndi̇

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi:
Qurudulmuş udi hindi (Aquilaria agallocha) oduncağının tozu – 150 mq.
Köməkçi maddələr: qarğıdalı nişastası (Amylum maidis) – 250 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası:
Böyüklər: Gündə 3 dəfə hər dəfə 1 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olma¬yan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001023
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü
www.herba-flora.com;

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Nat-Udi Hindi – Keçmişdən gələn şəfa, gələcəyin sağlamlığı

Udi Hindi (Aquilaria agallocha) Şərq təbabətində uzun illərdir istifadə olunan qiymətli bitkilərdən biridir. Bu nadir bitki sadəcə xoş və qalıcı ətri ilə deyil, həm də bədəni daxildən və xaricdən bərpa edən zəngin bioloji tərkibi ilə məşhurdur. Güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində immun sistemi möhkəmləndirir, tənəffüs və həzm yolları problemlərini təbii yolla aradan qaldırmağa kömək edir.
«Herba Flora» MMC bu bitkini kapsul formasında sizlərə təqdim edir. Qurudulmuş udi-hindi oduncağının tozununun tərkibindəki bioaktiv komponentlər sayəsində orqanizmin müdafiə gücünü və ümumi sağlamlığı bərpa edir.

Əsas təsiredici maddələr:

  • Udi Hindi (Aquilaria agallocha) oduncağı: seskviterpenlər, xromonlar və onların törəmələri (feniletilxromonlar, diepoksitetrahidroxromonlar), fenol birləşmələri (feruloiltiramin, dihidrokurkumin törəmələri), aromatik uçucu yağlar (benzilaseton, p-metoksibenzilaseton), sərbəst yağ turşuları, 20 növ amin turşusu, yod və dəmir.

Nat-Udi Hindi kapsulunun faydaları:

  • İmmuniteti gücləndirməyə kömək edir: Güclü antioksidant tərkibi sayəsində bədənin infeksiyalara qarşı müqavimətini artırmağa yardım edir.
  • Tənəffüs yollarını təmizləməyə kömək edir: Öskürək, boğaz ağrısı, bronxit və astma simptomlarının təbii yolla aradan qaldırılmasına yardım edir.
  • İltihabı azaltmağa kömək edir: Bədəndə olan xroniki iltihab ocaqları ilə mübarizə aparmağa, bağırsaq florasını tənzimləməyə və uzunmüddətli ishal problemlərini aradan qaldırmağa yardım edir.
  • Həzm sistemini nizamlamağa kömək edir: Mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırmağa, köpü aradan qaldırmağa kömək edir.
  • Dərini yeniləməyə kömək edir: Yaraların tez sağalmasına, ekzema və akne kimi dəri problemlərinin müalicə olunmasına yardım edir edir.
  • Enerji verməyə və stressi azaltmağa kömək edir: Xroniki yorğunluğu aradan qaldırmağa, sinir sistemini sakitləşdirərək zehni gərginliyi yüngülləşdirməyə yardım edir.
  • Allergik reaksiyaları azaltmağa kömək edir: Orqanizmin allergenlərə qarşı həssaslığını minimuma endirməyə, mövsümi allergiya simptomlarını yüngülləşdirməyə kömək edir.
  • Damarların elastikliyini artırmağa kömək edir: Qan dövranını yaxşılaşdırmağa, damar divarlarını möhkəmləndirməyə yardım edir.

Nat-Udi Hindi kapsulu kimlər üçün uyğundur?

  1. İmmuniteti zəif olanlar üçün: Tez-tez xəstələnən şəxslərin bədən müqavimətini artırmağa və infeksiyalardan qorunmağa kömək edir.
  2. Xroniki tənəffüs problemləri yaşayanlar üçün: Tez-tez təkrarlanan öskürək və boğaz ağrısı şikayətlərini yüngülləşdirməyə kömək edir.
  3. Allergiyadan əziyyət çəkənlər üçün: Mövsümi allergiya, asqırma və burun tıxanıqlığı kimi narahatlıqları təbii yolla azaltmağa kömək edir.
  4. Həzm və bağırsaq problemi olanlar üçün: Xroniki ishal, köp və nizamsız bağırsaq fəaliyyətini düzəltməyə kömək edir.
  5. Ürək-damar sağlamlığına önəm verənlər üçün: Qan dövranını yaxşılaşdırmağa və damarların elastikliyini qorumağa kömək edir.
  6. Xroniki yorğunluq və stress yaşayanlar üçün: Bədənə təbii enerji verməyə, sinir sistemini sakitləşdirməyə və zehni gərginliyi aradan qaldırmağa kömək edir.
  7. Dəri problemləri olanlar üçün: Akne, ekzema və gec sağalan yaraların toxuma səviyyəsində bərpasını sürətləndirməyə kömək edir.

Əlaqəli bloq yazıları:

Bronxial astma xəstəliyi nədir?

Oxşar Məhsullar