Məhsullarımız
Kapsullar
Memvit10
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bir kapsulun tərkibi: Beşdişicikli yemişan (Crataegus pentagyna) meyvəsinin quru ekstraktı – 45 mq; Yapon saforası (Sophora japonica) qönçəsinin quru ekstraktı – 25 mq; İkidilimli ginkqo (Ginkgo biloba) yarpağının quru ekstraktı – 20 mq; Çəhrayı rodiola (Rhodiola rosea) kök və kökümsovunun quru ekstraktı – 20 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 340 mq, kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadə qaydası:
Böyüklər: Gündə 2 dəfə hər dəfə 1-2 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür. Saat 19:00-dan sonra qəbulu tövsiyə olunmur.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq, yuxusuzluq.
Saxlanma şəraiti: 25°C-dən yuxarı olma¬yan temperaturda, rütu¬bətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 450 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com
TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Bəzən gün ərzində zehnimizin tez qavrama qabiliyyətinin aşağı düşdüyünü hiss edirik. Bir işi görərkən fikrimiz yayınır, diqqəti toplamaq çətinləşir. Günün sonunda isə həm zehni, həm də fiziki yorğunluq özünü daha çox hiss etdirir. Bu zaman insanın diqqəti təbii bitki mənşəli dəstək vasitələrinə yönəlir.
Memvit10, müxtəlif bitkilərin quru ekstraktlarını bir kapsulda birləşdirən bitki mənşəli məhsuldur.