Haqqımızda

1998-ci ildən etibarən Herba Flora şirkəti fəaliyyətə başladı

Min dərd varsa, min bir də dərmanı var

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. 

Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən Herba Flora şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

Herba Flora şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 250-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd FitoClub fəaliyyət göstərir.

Sağlamlığınız üçün araşdırdığımız​

Herba Flora olaraq 1998-ci ildən fəaliyyət göstəririk

Təbiətdən gələn faydalı bitki məhsullarını kəşf edin

Herba Flora şirkəti olaraq əsas öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir. Onlara sağlam həyat bəxş etmək üçün daim çalışırıq.

Şirkətimiz yaradıldığı ilk gündən bəri, insanlara tam təbii bitki və bitki tərkibli məhsullarla təbiətdən gələn sağlamlığı əlçatan etməyi özünə missiya bilmişdir. 

Herba Flora, daima inkişaf yönümlü siyasəti ilə dünyada bitki tərkibli məhsulların istehsalı sahəsində baş verən yenilikləri izləyir, müştərilərinə ən yüksək texnologiyalarla hazırlanmış keyfiyyətli məhsulları təqdim etmək üçün əzmlə öz üzərində çalışır.

Herba Flora şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır

ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi

İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan Herba Flora şirkəti ATU-nun Əczaçılıq fakültəsinin, Turizm İnstitutunun tələbə-təcrübə bazasıdır. Həmçinin, Tibb Universitetində keçirilən konfrans və seminarlara təşkilati dəstək göstərir.

Herba Flora şirkəti beynəlxalq ISO 9001:2008 keyfiyyəti idarəetmə sisteminin standartlarına uyğun fəaliyyət göstərir. Şirkətimiz 2013-cü ildə Gözəllik sərgisinin, 2009, 2010, 2011, 2012, 2014, 2015 və 2016-cı illərdə Azərbaycan Beynəlxalq Səhiyyə, Gözəllik və Estetik Tibb sərgilərinin, iştirakçısı olmuş, “Ən yaxşı məhsul nümayişi”, “Ən yaxşı korporativ stil” və “Ən uzunmüddətli iştirakçı” sertifikatlarına layiq görülmüşdür. Məhsulları ilə istehlakçıları daim məmnun edən Herba Flora yeni məhsulların istehsalını davam etdirir.

Sizə Sağlamlıq Arzulayırıq!

Herba Flora

Mükafatlar və Sertifikatlar