Məhsullar

Gi̇nseng10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi: Adi jenşenin (Panax ginseng) kökünün tozu – 325 mq; tikancıqlı eleuterokok (Eleuterococcus senticosus) kökünün tozu – 25 mq
Köməkçi maddə: qarğıdalı nişastası (amylum maidis) – 50 mq, kapsul örtüyü (jelatin , qliserin , su)

İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 1 dəfə, hər dəfə 1 kapsul, yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Saat 18:00-dan sonra qəbulu tövsiyə olunmur. Müalicə müddəti 30 gündür. 3 aylıq fasilədən sonra təkrar qəbul oluna bilər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstərişlər: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, sinir oyanıqlığı, yuxusuzluq, arterial hipertenziya, taxiaritmiyalar, epilepsiya, qızdırma.

Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütu¬bətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001024
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Ginseng10 – Günün tempinə təbiətdən dəstək

Bəzən günün əvvəlində enerjili oluruq, amma gün irəlilədikcə həm fiziki, həm də zehni yorğunluğu daha çox hiss edirik. İş, dərs, uzun müddət diqqət tələb edən fəaliyyət, aktiv həyat tərzi və bütün bunlar gün ərzində bizdən əlavə enerji tələb edir.
Belə dövrlərdə insanlar çoxdan tanınan bitkilərə üz tuturlar. Onların ən məşhurlarından biri isə jenşendir.
Ginseng10 jenşen kökü və eleuterokok kökünün tozunu bir kapsulda birləşdirən bitki mənşəli məhsuldur.

Əsas təsiredici maddələr:

  • Adi jenşen (Panax ginseng) kökü: Ginzenozidlər (triterpen saponinlər), gintonin, panaksen və polisaxaridlər.
  • Tikancıqlı eleuterokok (Eleutherococcus senticosus) kökü: Eleuterozid B (siringin), eleuterozid E (sirinqarezinol), izofraksidin (kumarin törəməsi), xlorogen turşusu, qəhvə turşusu və eleuteranlar (polisaxaridlər).

Ginseng10 kapsulunun faydaları:

  1. Fiziki və zehni iş qabiliyyətinin artmasına, yaddaşın güclənməsinə, xroniki yorğunluq və yuxululuğun azaldılmasına kömək edir.
  2. Maddələr mübadiləsi (metabolik) proseslərinin sürətlənməsinə və bədən hüceyrələri tərəfindən oksigenin daha yaxşı mənimsənilməsinə yardım edir.
  3. İmmun sistemin möhkəmlənməsinə, orqanizmin stressə, gərginliyə və xarici mühitin neqativ təsirlərinə qarşı müqavimətinin yüksəlməsinə kömək edir.
  4. Arterial təzyiqin normallaşmasına (hipotoniya zamanı), cinsi funksiyanın aktivləşməsinə, qanda xolesterol və qlükoza səviyyəsinin balanslaşmasına yardım edir.
  5. Cinsi funksiyaları və tonusu dəstəkləmək istəyən kişilərdə stress, gərginlik və fiziki yorğunluq fonundaazalan cinsi aktivliyin artırılmasına və ümumi potensiyanın qorunmasına yardımçı olur.

Ginseng10 kapsul kimlər üçün uyğundur?

  • İntensiv zehni və fiziki fəaliyyətlə məşğul olanlar: Gün ərzində yüksək iş ritmi və ya təhsil prosesində diqqətin toplanmasına, analiz qabiliyyətinin yüksəlməsinə və enerjinin bərpa olunmasına kömək edir.
  • Xroniki yorğunluq və tükənmə hiss edənlər: Bədənin ümumi tonusunu qaldıraraq halsızlığın, yuxululuğun və güc tükənməsinin (asteniya) azalmasına yardımçı olur.
  • Stress və gərginlik yaşayanlar: Orqanizmin sinir sistemini dəstəkləyərək stressin mənfi təsirlərinin azaldılmasına və emosional adaptasiyanın yaxşılaşmasına kömək edir.
  • İmmuniteti zəif olanlar və tez-tez xəstələnənlər: Xüsusilə mövsüm dəyişiklikləri və infeksiyalar zamanı immun sistemin güclənməsinə və bədənin xarici amillərə qarşı müqavimətinin artmasına yardımçı olur.
  • Aşağı arterial təzyiqdən şikayəti olanlar: Hipotoniya zamanı bədənin funksional vəziyyətinin yaxşılaşmasına, qan dövranının və normal arterial təzyiq səviyyəsinin dəstəklənməsinə kömək edir.
  • Kişi sağlamlığını və enerjisini dəstəkləmək istəyənlər: Aşırı yüklənmə səbəbindən azalan cinsi aktivliyin və bədənin ümumi energetik potensialının bərpa olunmasına kömək edir.

Əlaqəli bloq yazıları:

Jenşen nədir? Jenşenin faydaları

Oxşar Məhsullar