Məhsullar

Uros10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi: Adi ayıqulağı (Arctostaphylos uva-ursi) yarpağının quru ekstraktı – 20 mq; Çöl qatır¬quyruğu (Equisetum arvense) otunun quru ekstraktı – 45 mq; Sallaq tozağacı (Betula pendula) yarpağının quru ekstraktı – 60 mq; Adi mərcangilə (Vaccinium vitis idaea) yarpağının tozu – 30 mq; İstiotlu nanə (Mentha piperita) yarpağının tozu – 50 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 195 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 2 dəfə hər dəfə 1-2 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 2 həftədir.

Qeyd: yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq, kəskin böyrək çatışmazlığı.

Saxlanma şəraiti: rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan tempera¬turda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-000289
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Uros10 – Böyrəklərinizin təbii müdafiəsi, sidik yollarınızın rahatlığı!

Sidik sistemi orqanizmin gündəlik fəaliyyətində mühüm rol oynayır. Maye balansının qorunması, normal sidik ifrazı və sidik yollarının fəaliyyəti ümumi sağlamlığın vacib hissələrindəndir. Gündəlik su qəbulu, balanslı qidalanma və aktiv həyat tərzi ilə yanaşı, bitki mənşəli komponentlər də bu istiqamətdə sağlamlıq rutinini tamamlaya bilər.

Əsas təsiredici maddələr:

  • Adi ayıqulağı (Arctostaphylos uva-ursi) yarpağı: Arbutin, metilarbutin, qallotaninlər, qall turşusu, kversetin, mirisetin, hiperozid, ursol turşusu, oleanol turşusu, uvaol.
  • Çöl qatırquyruğu (Equisetum arvense) otu: Silisium birləşmələri, kversetin, izokversetrin, ekvisetorin, luteolin, ekvisetonin, akonit turşusu, alma turşusu, turşəng turşusu.
  • Sallaq tozağacı (Betula pendula) yarpağı: Flavonoidlər (hiperozid, rutin və kversetin), efir yağları, triterpenlər (betulin və betulinik turşusu).
  • İstiotlu nanə (Mentha piperita) yarpağı: Efir yağları, mentol, flavonoidlər (luteolin, mentozid, rutin), fenol turşular (rozmarin turşusu, qəhvə turşusu).

Uros10 kapsulunun faydaları:

1. İltihab əleyhinə və antimikrob müdafiə:

• Sidik yollarındakı virus, bakteriya və göbələklərin aktivliyinin azaldılmasına kömək edir.
• Sidik-cinsiyyət sistemindəki iltihab əlamətlərinin və qıcıqlanmanın aradan qaldırılmasına yardımçı olur.

2. Daş və duz əleyhinə effektiv tənzimləmə və spazmolitik təsir:

• İltihab və əzələ spazmı nəticəsində əmələ gələn böyrək sancıları və ağrılarının yüngülləşməsinə kömək edir.
• Sidik ifrazını stimullaşdıraraq zərərli maddələrin, kristalların və kiçik ölçülü daşların sidiklə bərabər bədəndən xaric olmasına yardım edir.

3. Daş əmələ gəlməsinin qarşısının alınması:

• Sidiyin kristal-kolloid balansını tənzimləməyə kömək edir; daş formalaşmasına səbəb olan maddələrin (turşəng turşusu, kalsium, purin birləşmələri) konsentrasiyasını azaldaraq böyrək daşlarının yaranma prosesini ləngitməyə dəstək verir.

4. Daşların böyüməsinin ləngidilməsi:

• Mineral komponentlərin aqreqatlar şəklində çökməsinin və mövcud daşların böyüməsinin qarşısını almağa yardımçı olur.

Uros10 kapsul kimlər üçün uyğundur?

• Kəskin və xroniki sistit, pielonefrit, uretrit və prostatit kimi iltihabi xəstəliklərdən əziyyət çəkənlər.
• Böyrəklərində qum, müxtəlif mənşəli kristal və daşlar (oksalat, urat, fosfat, karbonat) olanlar.
• Böyrək daşlarının cərrahi yolla xaric edilməsindən və ya litotripsiyadan sonra reabilitasiya dövrünü keçənlər.
• Sidik yollarının kateterizasiyasından sonra infeksiya riskini azaltmaq və toxumaları bərpa etmək istəyənlər.
• Diabetik nefropatiya daxil olmaqla, müxtəlif mənşəli böyrək zədələnmələri (nefropatiyalar) olan şəxslər.
• Podaqra xəstəliyinin kompleks müalicəsində duzların xaric edilməsini sürətləndirmək istəyənlər.

Əlaqəli bloq yazıları:

Böyrək daşları nədir və növləri hansılardır?

Oxşar Məhsullar