Məhsullar

Hepas10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi: Əkilən ənginar (Cynara scolymus) yarpağının quru ekstraktı – 75 mq; Adi alaqanqal (Silybum marianum) meyvəsinin tozu – 45 mq; May itburnusu (Rosa majalis) meyvəsinin quru ekstraktı – 10 mq; Qumluq ödotu (Solmazçiçəyi) (Helichrysum arenarium) çiçəyinin quru ekstraktı – 10 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 310 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası:
Böyüklər: gündə 2 dəfə hər dəfə 1-2 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq, öd daşı xəstəliyi.

Saxlanma şəraiti: 25°C-dən yuxarı olma¬yan temperaturda, rütu¬bətdən qorunmaqla, uşaqların əli çatmayan yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-000296
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 450 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü
www.herba-flora.com

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Hepas10 – Qaraciyər və həzm sisteminə təbiətdən bitki mənşəli dəstək

Gündəlik həyatın tempi, nizamsız qidalanma, ağır və yağlı yeməklər həzm sisteminə əlavə yük yarada bilər. Bəzən yeməkdən sonra ağırlıq, narahatlıq və həzm prosesinin əvvəlki qədər rahat olmaması ilə hiss edirik. Belə hallarda insanın diqqəti təbii mənşəli dəstək vasitələrinə yönəlir.
Hepas10 kapsulları qaraciyər və öd sistemi ilə bağlı ənənəvi fitoterapiyada istifadə olunan dörd bitkini bir formulda birləşdirir.

Əsas təsiredici maddələr:

  • Əkilən ənginar (Cynara scolymus) yarpağı: Sinarin, xlorogen turşusu, kofein və xin turşuları, lüteolin, apigenin, inulin və seskviterpen laktonları (sinnaropikrin).
  • Adi alaqanqal (Silybum marianum) meyvəsi: Silimarin kompleksi (silibin A və B, silidianin, silixristin, izosilibin) və taksifolin.
  • May itburnusu (Rosa majalis) meyvəsi: C vitamini (askorbin turşusu), alma və limon turşuları, likopin, beta-karotin, E vitamini, K vitamini, kversetin, kempferol, qall və ellaq turşuları.
  • Qumluq ödotu/Solmazçiçəyi (Helichrysum arenarium) çiçəyi: İzosalipurpozid, salipurpurozid, naringenin, kversetin, lüteolin, apigenin, arenol, homoarenol və efir yağları (pinenlər, sineol).

Hepas10 kapsulunun faydaları:

  • Qaraciyəri toksinlərdən qoruyur və bərpa edir: Gündəlik stress, qeyri-sağlam qidalanma və ya dərman qəbulundan sonra qaraciyərin yükünü yüngülləşdirir.
  • Həzmi və öd axınını yaxşılaşdırır: Ödün vaxtında və rahat ifraz olunmasını təmin edir, köp və ağırlıq hissini aradan qaldırmağa kömək edir.
  • Qaraciyəri artıq piylərdən qoruyur: Hüceyrələrdə artıq piy toplanmasının qarşısını almağa dəstək olur.

Hepas10 kapsul kimlər üçün uyğundur?

  1. Həzm problemi olanlar: Tez-tez köp, mədədə ağırlıq hissi və öd axını pozuntularından əziyyət çəkənlər.
  2. Qeyri-sağlam qidalananlar: Tez-tez fast-fud, yağlı, qızardılmış və ya yüksək karbohidratlı qidalara üstünlük verənlər.
  3. Uzunmüddətli dərman qəbul edənlər: Müalicə kurslarından sonra qaraciyəri toksinlərdən təmizləmək və yüklənməni azaltmaq istəyənlər.
  4. Hərəkətsiz həyat tərzi sürənlər: Qaraciyərdə piy toplanma riski olan və ya çəki nəzarətini dəstəkləmək istəyənlər.
  5. Detoks proqramı tətbiq edənlər: Orqanizmi zərərli maddələrdən təmizləmək və ümumi gümrahlığı bərpa etmək istəyən hər kəs.
  6. Xroniki stress yaşayanlar: Gündəlik gərginlik səbəbindən orqanizmi zəifləyən və maddələr mübadiləsi ləngiyənlər.

Əlaqəli bloq yazıları:

Alaqanqal toxumu nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Oxşar Məhsullar