Məhsullar

Bronxofort

IT IS NOT A MEDICINE!

Ingredients (100 ml):
Liquid extract of the Broadleaf plantain (Plantago major) leaf – 9 ml; liquid extract of the Marshmallow (Althaea officinalis) root – 8 ml; liquid extract of the Common Oregano (Origanum vulgare) herb – 8 ml; liquid extract of the Common Mallow (Malva sylvestris) leaf – 7 ml; distillate of the Anise ( Anisum vulgare) fruit – 7 ml; distillate of the Creeping Thyme (Thymus serpyllum) herb – 7 ml.
Excipients: distilled water, sucrose, citric acid (E330), pectin (E440), sodium benzoate (E211), glycerin (E422).

Instructions for use:
10 ml (2 teaspoons) 3 times a day for children 4-7 years old;
15 ml (1 tablespoon) 3 times a day for children 7-12 years old;
For children and adults over 12 years of age, 30 ml (2 tablespoons) are taken orally before meals 3 times a day.
Due to its sugar content, patients with diabetes should use the syrup with caution.

Note: Age restrictions and dosages are subject to change on the advice of a doctor.
Suitable for use in children aged 4 to 14 years.

Contraindications: High individual sensitivity to the biologically active substances included in the composition of the syrup.

Storage conditions: Store at a temperature not above 25°C and out of the reach of children. Do not use expired syrup.

Shelf life: 3 years.

Release form: Syrup, in 100 ml glass vial, in a carton box packaging.

OTC drug product.
It is not a medicine.
Biologically active food supplement.
MQ-25-000264
The product does not replace normal nutrition.
Do not exceed the recommended daily dose.
Consult a doctor during pregnancy and lactation, during illness or taking medication.
It is not used for the treatment of diseases.

Produced according to ГОСТ 28499-2014.

Manufacturer: “Herba Flora” LLC
Azerbaijan Republic,
Absheron district, Gobu settlement,
Guzdek highway
www.herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Bronxofort – Rahat nəfəs, təbii kömək!

Bronxofort şərbəti yuxarı tənəffüs yolları xəstəlikləri və öskürək zamanı kompleks qulluq təmin edən, zəngin bitki ekstraktları və distillatlarından hazırlanmış bioloji aktiv qida məhsuludur. Bu şərbət bəlğəmin yumşalmasına və xaric olmasının sürətlənməsinə, bronxların spazmının azalmasına və allergik qıcıqlanmanın qarşısının alınmasına kömək edir. İltihab əleyhinə, antiseptik və immunstimullaşdırıcı xüsusiyyətləri sayəsində orqanizmin ümumi müqavimətini artırmağa dəstək olur, rahat tənəffüsün bərpasına yardım edir.

Əsas təsiredici maddələr:

  • İri bağayarpağı (Plantago major) yarpağı: selikli maddələr, qlikozidlər (aukubin), flavonoidlər, vitamin K, askorbin turşusu (vitamin C), aşı maddələri.
  • Dərman gülxətmi (Althaea officinalis) kökü: bol miqdarda selikli maddələr (polisaxaridlər), saxaroza, betain, pektin, alma turşusu.
  • Adi qaraqınıq (Origanum vulgare) otu: efir yağları (timol, karvakrol), flavonoidlər, askorbin turşusu (vitamin C), taninlər, kumarinlər.
  • Meşəlik əməköməci (Malva sylvestris) yarpağı: selikli maddələr, antosianin qlikozidləri (malvin), karotinoidlər, vitamin C, aşı maddələri.
  • Adi cirə (Anisum vulgare) meyvəsi: efir yağları (anetol, metilxavikol, cirə aldehidi), yağ turşuları, zülallar.
  • Sürünən kəklikotu (Thymus serpyllum) otu: efir yağları (timol, karvakrol, simol), aşı maddələri, flavonoidlər, üzvi turşular.

Bronxofort şərbətinin faydaları:

  • Tənəffüs yollarında iltihab proseslərinin azaldılmasını dəstəkləyir: selikli qişalarda yaranan iltihabın kəskinliyini və yayılmasını azaltmağa, zədələnmiş toxumaların bərpasını sürətləndirməyə və tənəffüs yollarının ümumi rahatlığına yardımçı olur.
  • Bəlğəmin xaric olunmasına kömək edir: yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırmağa, bəlğəmin konsistensiyasını yumşaltmağa və kirpikli epitelinin hərəki aktivliyini gücləndirməyə yardımçı olur.
  • Bronxların spazmının və allergik reaksiyaların azaldılmasını dəstəkləyir: bronxiların saya əzələlərinin spazmını azaldaraq nəfəsalmanın asanlaşmasına kömək edir.
  • İmmunitetin güclənməsinə və orqanizmin müqavimətinin artmasına dəstək olur: hüceyrə səviyyəsində interferon sintezini stimullaşdırmağa və bədənin xəstəliklərə qarşı ümumi müdafiə qabiliyyətini yüksəltməyə yardımçı olur.

Bronxofort şərbət kimlər üçün uyğundur?

  1. Quru və bəlğəmli öskürəkdən əziyyət çəkənlər üçün: bəlğəmi yumşaldaraq tənəffüs yollarından xaric olunmasını asanlaşdırır.
  2. Yuxarı tənəffüs yollarında iltihabı olanlar üçün: boğazda yaranan iltihabı, qıcıqlanmanı və şişkinliyi azaldır.
  3. Bronxial spazm və allergik öskürəyi olanlar üçün: bronxları genişləndirərək nəfəsalmanı yaxşılaşdırır və boğulma tutmalarının qarşısını alır.
  4. Tez-tez soyuqdəymə və infeksiyaya yoluxanlar üçün: yuxarı tənəffüs yollarında zərərli mikroorqanizmlərin (bakteriya və virusların) çoxalmasının qarşısını almağa və yerli müdafiə baryerini möhkəmləndirməyə yardımçı olur.

Əlaqəli bloq yazıları:

Ağciyərlərə faydalı təbii vasitələr.

Oxşar Məhsullar