Məhsullar

Prolaks (Qəbizlik Əleyhinə Sirop)

Tərkibi (100 ml):

Şişyarpaq səna (Cassia acutifolia) yarpağının duru ekstraktı – 13,8 ml; İşlədici murdarça (Rhamnus cathartica) qabığının duru ekstraktı – 10,12 ml; Adi zəyərək (Linum usitatissimum) toxumunun duru ekstraktı – 6,9 ml; Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5,06 ml; Adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 5,06 ml; İri Bağayarpağı (Plantago major) toxumunun duru ekstraktı – 5,06 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Bağayarpağı və zəyərək toxumları selikli maddələrlə zəngin olduğundan bağırsaq möhtəviyyatını yumşaldır, qəbizliyin qarşısını alır, bağırsaqların selikli qişasının üzərini örtür, toksiki maddələrin qana sorulmasının qarşısını alır. Səna yarpağı və murdarça qabığı antraqlikozidlərlə zəngin olduğundan bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Boymadərən otu həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir. Razyana toxumları efir yağları sayəsində bağırsaqlarda olan spazmı və sancını azaldır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • Qəbizliklər, o cümlədən qəbizliklə müşayiət olunan kolitlər
  • Disbakterioz, qəbizliklə müşayiət olunduqda
  • Qidalanma ilə əlaqəli qəbizliklər
  • Qəbizliklə müşayiət olunan digər xəstəliklər

İstifadə qaydası:

18 yaşdan yuxarı şəxslərə qəbizliyin yüngül formasında 1 xörək qaşığından gündə 2 dəfə, ağır hallarda 1-2 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. 2 həftədən artıq istifadəsi tövsiyə olunmur.

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər:

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda, hamiləlik və laktasiya zamanı.

Saxlanılması:

250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 ildir.

Buraxılış forması:

Tünd rəngli şüşə flakon, 100 ml

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

PROLAKS Herba Flora şirkətinin qəbizlik əleyhinə şərbətidir. Prolaks şərbəti bağayarpağı və zəyərək toxumları sayəsində selikli maddələrlə zəngin olduğundan bağırsaq möhtəviyyatını yumşaldır. Qəbizliyi aradan qaldırır, bağırsaqların selikli qişasına bürüyücü təsir göstərir. Həmçinin toksiki maddələrin qana sorulmasının qarşısını alır. Tərkibindəki yağ turşuları qanda xolesterinin miqdarını azaltmaqla qaraciyərin piy distirofiyasının qarşısını alır.

Prolaks şərbəti yumşaldıcı təsir göstərdiyi üçün qida məhsullarının mədə-bağırsaq sistemində hərəkət sürətini artırır. Nəticədə toksiki maddələrin və doymamış yağ turşularının sorulmasının qarşısını alır. Səna yarpağı və murdarça qabığı antraqlikozidlərlə zəngin olduğundan bağırsaqlardan suyun sorulmasını ləngidir. Bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Hər iki işlədici bitki həzm prosesini pozmur, yumşaq təsir göstərir. Boymadərən otunun tərkibində olan axillein acı alkaloidi həzm vəzlərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir.

Prolaks şərbəti boymadərən otu sayəsində həm də öd kisəsi və öd yollarının saya əzələlərinə spazmolitik təsir göstərməklə ödün xaric olmasını asanlaşdırır, bununla da qaraciyərdaxili öd yollarında durğunluğun və hepatositlərin zədələnməsinin qarşısını alır. Aşı maddələri və efir yağları iltihabəleyhinə və bakterisid təsir göstərir, qaraciyər hüceyrələrinin regenerasiyanı yaxşılaşdırır. Acı maddələr həzm vəzilərini qıcıqlandırır və həzmi yaxşılaşdırır.

Razyana toxumları efir yağları sayəsində bağırsaqlarda olan spazmı və sancını aradan qaldırır. Prolaks şərbətinin tərkibindəki gavalı və ərik meyvələri şərbətin işlədicilik xüsusiyyətini daha da artıraraq bağırsaqların fəaliyyətini yaxşılaşdırır beləliklə qəbizlik aradan qalxır. Qidalı liflər və pektinlə zəngin olan ərik qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmi toksinlərdən təmizləyir, həzm prosesini pozmur, yumşaq təsir göstərir, bağırsaqların evakuasiya funksiyasını sürətləndirir.

Prolaks şərbəti qəbizliklə müşayiət olunan kolitlər, disbakterioz kimi xəstəliklər zamanı xəstələrə ilk qəbuldan belə müsbət effekt verir. Herba Flora şirkətinin Prolaks şərbəti qəbizliyin yüngül formalarında 1 xörək qaşığından gündə 2 dəfə, ağır hallarda 1-2 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Herba Flora şirkətinin Prolaks şərbətini qəbul edin, qəbizliyə son deyin!

https://fizulihuseynov.com/

https://herba-flora.comproduct-category/s%c9%99rb%c9%99tl%c9%99r-2/

Oxşar Məhsullar