Ağciyərlərə faydalı təbii vasitələr.

Ağciyərlərə faydalı təbii vasitələr.

 

Sağlam qidalanma ilə bir çox xəstəliklərin əmələ gəlmədən qarşısını ala bilərsiniz. Bəzi insanlar arıqlamaq və ya normal bədən quruluşunu qoruyub saxlamaq üçün düzgün qidalanmaya diqqət edirlər. Bəziləri də ürək-damar sisteminin sağlamlığını qoruyub saxlamaq və ahıl yaşlarda ürəklə bağlı meydana çıxa biləcək problemlərin qarşısını almaq məqsədi ilə düzgün qidalanırlar. Bəzilərimiz isə fiziki və zehni cəhətdən sağlam və güclü olmaq üçün qidalanmamıza fikir veririk. Söhbət tənəffüs sistemindən gedərkən maraqlıdır ki yediklərimizə lazımi qədər diqqət yetimirik. Sağlamlığımız üçün ağciyərlərin son dərəcə əhəmiyyətə malik olmasına baxmayaraq qidalanmanın tənəffüs sistemi üzərindəki təsiri haqqında çox az elmi araşdırmalar aparılır. Havanın çirkliliyi və tütün məhsullarından istifadə kimi faktorların ağ ciyərlərə pis təsir etdiyini hər birimiz bilirik. Bu problemlərin qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görə bilərik. Bəs görəsən hansı təbii qidalardan və necə istifadə edək ki ağciyərimizin sağlamlığını qoruyaq. 

Ağciyər müalicəsi.

1.Yerkökü beta karotinlə zəngindir. Çoxumuz betakarotinin yerkökündə olduğunu və ancaq gözlərin görmə qabiliyyətinə müsbət təsir göstərdiyini düşünürük. Halbuki bitkilərə narıncı rəng verən betakarotin bir çox başqa meyvə və tərəvəzlərin də tərkibində vardır. Orqanizmdə A vitamininə çevrilən beta karotin ağciyərləri gücləndirir və xroniki abstruktiv ağciyər xəstəliklərindən qoruyur. Ərik qırmızı şirin bibər balqabaq və təbii ki yerkökündə çox miqdarda betakarotin vardır.

2.Yaşıl yarpaqlı tərəvəzlərdə tənəffüs sisteminə müsbət təsir göstərən B qrup vitaminləri bol miqdardadır. Bu tərəvəzlərdə olan B-9 vitamini insanı bronxit və astma xəstəliklərindən qoruyur. Qara kələm, xardal, ispanaq kimi tərəvəzlər B-9 vitamini ilə zəngin olduğu üçün ağciyərləri təmizləyir. Vitamin B-9 DNT sintezində və qırmızı qan hüceyrələrinin əmələ gəlməsində iştirak edir.

3. C vitamini ağciyərləri və bütün tənəffüs sistemini qoruyan bir antioksidantdır. C vitamini ilə zəngin qidalar qəbul edərkən orqanizminiz toksinlərdən təmizlənir. C vitamini qəbulunun ağciyər xərçənginin müalicəsinə müsbət təsirini araşdıran elmi işlər mövcutdur. Bol C vitamini qəbul edən insanlarda ağciyər xərçənginə tutulma riski olduqca aşağı olur. Nə qədər çox C vitamini ilə zəngin qidalar yeyəriksə o qədər də ağciyərlərimiz sağlam olar və tənəffüs sitemi patalogiyaları da sürətlə yaxşılaşacaqdır. Limon, portağal, kivi, qırmızı bibər, çiyələk, ananas və bütün narıncı meyvələr C vitamini ilə zəngindir.

4.Zəncəfil yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyaları və qrip kimi xəstəliklərində istifadə olunan və xəstəliyin qarşısını alan ən yaxşı vasitələrdən biridir. Zəncəfil təbii detoks təsiri göstərən iltihab əleyhinə keyfiyyətə malik olan bir bitkidir. Zəncəfilin iltihabəleyhi özəlliyi tənəffüs sistemi xəstəliklərinin tez sağalmasını və tənəffüs yollarındakı bəlğəmin tez sorulmasını təmin edir. Astma xəstəliyinin müalicəsində də zəncəfildən istifadə olunur.

5. Sarımsaq hər dərdə dərman bir bitki olaraq ağciyər xəstəliklərində xüsusi çəkiyə malikdir. Belə ki sarımsağın təbii antibiotiklə zənginlik kimi bir özəlliyi vardır.

6. Yaşıl çayın davamlı içilməsi ağciyərləri daima sağlam saxlayar və maye yığılmasına mane olar. Yaşıl çayda olan antioksidantlar c vitaminindən də güclüdür. Yaşıl çay içməklə həm ürək həm beyin həm də ağ ciyər xəstəliklərinin qarşısını almış olarıq. Bundan başqa yaşıl çay ağciyərləri siqaretin zərərlərindən və xərçəng xəstəliyindən də qoruyur. Sağlam ağciyər həyatdır.

http://fizulihuseynov.com/

Həkim-nevroloq Axundova Qəndab.