Məhsullarımız
Şərbətlər
Nevronat Şərbət
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Tərkibi (100 ml):
Dərman bədrənci (Melissa officinalis leaf distillate) yarpağının distillatı – 10 ml; Sünbüllü lavanda (Lavandula angustifolia flower distillate) çiçəyinin distillatı – 10 ml; Ürəkvari cökə (Tilia cordata flower liquid extract) çiçəyinin duru ekstraktı – 8 ml; Aptek çobanyastığı (Chamomilla recutita flower liquid extract) çiçəyinin duru ekstraktı – 6 ml; Adi razyana (Foeniculum vulgare fruit distillate) meyvəsinin distillatı – 6 ml; Adi zirə (Carum carvi fruit distillate) meyvəsinin distillatı – 6 ml.
Köməkçi maddələr: Distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.
Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000072
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Elmi-texniki tərəqqi, sürətli həyat tərzi, gündəlik stress, məişət qayğıları, gərginlik sinir sisteminə mənfi təsir göstərir. Gün ərzində əsəbilik, gərginlik, narahatlıq üst-üstə yığılaraq zamanla yuxusuzluğa, həyəcan, təşviş pozuntusuna qədər gətirib çıxarır. “Herba Flora” şirkəti sakitləşdirici və yuxugətirici effektli, təbii tərkibli Nevronat şərbəti istehsal edir. Bu şərbət qaz və köpdən yuxusu pozulan südəmər körpələrdən tutmuş böyüklər də daxil olmaqla insanı sakitləşdirə bilən təbii məhsuldur.
Nevronat şərbəti
Bədrənc yarpağı K, B qrupu vitaminləri, flavanoidlər ilə zəngin olduğu üçün sinir sisteminə sakitləşdirici təsir göstərir. Koronar damarları genişləndirir, ürəyin qidalanmasını yaxşılaşdırır, oksigen çatışmazlığını aradan qaldırır, ürək ağrılarını azaldır. Ürək ritmini normallaşdırır, arterial təzyiqi tənzimləyir, sinir sistemini sakitləşdirir. Lavanda çiçəkləri sedativ, sakitləşdirici, yuxugətirici təsir edir, zəif qıcolma əleyhinə effekt verir. Kəllədaxili təzyiqi azaldır. Antidepressiv xüsusiyyətə malik olub sinir gərginliyini aradan qaldırır. Tərkibində olan kumarin əhvali-ruhiyyəni yaxşılaşdırır. Cökə çiçəyi sakitləşdirici, sedativ, sidikqovucu olduğu üçün sinir mənşəli arterial təzyiqi tənzimləyir.
Baş ağrılarını aradan qaldırır, yuxusuzluğun qarşısını alır. Aptek çobanyastığı çiçəyi isə orqanizmdə serotonin səviyyəsini yüksəldir, stress və gərginlikdən azad edir, həmçinin əhvali-ruhiyyəni yaxşılaşdırır. Spazmolitik, ağrıkəsici təsir göstərərək bağırsaqlarla bağlı narahatlığı və yuxu pozulmalarının qarşısını alır. Zirə və razyana meyvələri əsəbi gərginlik zamanı spazmolitik effekt verir, yüngül sakitləşdirici təsir göstərir, sinir mənşəli bağırsaq sancılarını azaldır. Həzm vəzlərinin sekresiyasını artıraraq stress fonunda pozulmuş həzmi normallaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və köpün qarşısını alır, gəyirməni aradan götürür.
Ümumiyyətlə Nevronat şərbəti sinir hüceyrələrinin oyanıqlığını azaldaraq sedativ təsir göstərir, stress və qıcıqlanmanın qarşısını alır, yuxuyagetməni yaxşılaşdırır, yuxunu dərinləşdirir. Həmçinin sinir gərginliyi fonunda meydana çıxan aritmiya, hipertoniya, baş ağrıları, əzələ ağrıları, yuxusuzluq, narahatlıq kimi nevrotik hallarda öz effektini göstərir. Nevrogen bağırsaq sancılarının və meteorizmin qarşısını alır. Nevroz, stress, sinir-psixi gərginlik, yuxusuzluq, əsəbilik və narahatlıq, neyrosirkulyator distoniya, xroniki yorğunluq sindromu zamanı çox effektlidir.
“Herba Flora” şirkətinin Nevronat şərbətini 4-12 yaş uşaqlar, həmçinin böyüklər də qəbul edə bilər. Həm yüksək müalicəvi effektli, həm də bitki tərkibli olduğu üçün müntəzəm şəkildə və uzun müddət istifadə oluna bilər.
Əlaqəli yazı mövcud deyil.