Məhsullar

Koliks10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Tərkibi (100 ml):
Adi razyana (Foeniculum vulgare fruit distillate) meyvəsinin distillatı – 16,1 ml.
Köməkçi maddələr: distillə suyu/distilled water, saxaroza/sucrose, limon turşusu/citric acid (E330), pektin/pectin (E440), natrium benzoat/sodium benzoate (E211), qliserin/glycerin (E422).

İstifadə qaydası:
2-5 yaş: 1-2 çay qaşığı gündə 2-3 dəfə
5-12 yaş: 1-2 desert qaşığı gündə 3 dəfə
12 yaşdan yuxarı, böyüklər: 1-2 xörək qaşığı gündə 3 dəfə
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
2-4 yaş uşaqların istifadəsi üçün uyğundur.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.

Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.

Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000204
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com;

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Koliks10 – Həzm sisteminə təbii dəstək, rahat mühit!

Koliks10 şərbəti müxtəlif yaş qruplarında mədə-bağırsaq traktının funksional fəaliyyətini yaxşılaşdırmaq və həzm prosesini dəstəkləmək üçün hazırlanmış, təbii razyana distillatı tərkibli bioloji aktiv qida məhsuludur. Şərbət həzm sistemini zərif şəkildə rahatladaraq bağırsaqlarda yığılan artıq qazların təbii yolla kənarlaşmasına kömək edir, spazm və sancıları aradan qaldırır. Yüksək effektivliyi və təbii formulası sayəsində həm südəmər körpələrdə adaptasiya dövrünün yüngülləşməsinə, həm də böyüklərdə həzm rahatlığının təmin edilməsinə, köpün yaratdığı diskomfort və gərginliyin aradan qaldırılmasına yardımçı olur.

Əsas təsiredici maddələr:

  • Adi razyana (Foeniculum vulgare) meyvəsi: efir yağları (anetol, fenxon, metilxavikol), yağ turşuları, flavonoidlər, karotinoidlər, askorbin turşusu (vitamin C), mineral maddələr.

Koliks10 şərbətinin faydaları:

  • Bağırsaqlarda qaz əmələgəlmənin (meteorizmin) qarşısının alınmasını dəstəkləyir: qarın nahiyəsindəki gərginliyi və köpü aradan qaldırmağa yardımçı olur.
  • Südəmər körpələrdə və yenidoğulmuşlarda koliklərin azalmasına kömək edir: körpələrin həzm sisteminin adaptasiya dövrünü yüngülləşdirməyə, bağırsaq sancılarının qarşısını almağa və narahatlığı aradan qaldırmağa dəstək olur.
  • Mədə-bağırsaq traktının funksional fəaliyyətini dəstəkləyir: qəbizliklə müşayiət olunan enterit və kolit zamanı, həmçinin əməliyyatdan sonrakı dövrdə bağırsaqların təbii hərəkətliyini bərpa etməyə, həzmi asanlaşdırmağa və təkrar qaz toplanmasının qarşısını almağa kömək edir.

Koliks10 şərbəti kimlər üçün uyğundur?

  1. Südəmər körpələr və yenidoğulmuşlar üçün: həzm sisteminin adaptasiya dövründə yaranan bağırsaq sancılarını və narahatlığı aradan qaldırır.
  2. Bağırsaqlarda köp və qaz toplanmasından əziyyət çəkənlər üçün: həzm sistemində qazların yığılmasının qarşısını alır.
  3. Cərrahi əməliyyat keçirmiş şəxslər üçün: əməliyyatdan sonrakı dövrdə bağırsaqların normal hərəkətliyini bərpa edir və kəskin qaz yığılmasının qarşısını alır.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar