Öd qatılığı və öd daşı

Mündəricat

⚕Elmi adı xolestazdır. Dünya əhalisinin 1/5i bundan əziyyət çəkir.
Öd durğunluğu və qatılığı nədir? Bu zaman ödün onikibarmaq bağırsağa tökülməsi çətinləşir.

♀Maneə nə ola bilər?
❗Öd kisəsinin disfunksiyası
❗Öd yollarının patologiyası
❗Öd komponentləri sintezinin pozulması
❗Qaraciyər sirrozu
❗Qeyri-düzgün qidalanma
❗Parazitar xəstəliklər
❗Müxtəlif sinir və endokrin xəstəliklər

♀Əlamətləri:
✅Dəridə sarılıq
✅Dəridə qaşınma
✅Sağ qabırğaaltı nahiyədə ağrı
✅Periodik ürəkbulanma və hətta qaytarma
✅Ağızdan xoşagəlməz qoxu
✅Ağızda acı dadın olması
✅Sidiyin tündləşməsi
✅Nəcisin rənginin açıq olması
Müalicə zamanı mütləq pəhrizə – stol N5 riayət edilməlidir, ödqovucu bitki çayları içilməlidir.

Xolestazın profilaktikası:
1⃣Aktiv həyat tərzi
2⃣Fastfudlardan imtina
3⃣Düzgün qidalanma rejimi
4⃣Stressdən qorunma

Müalicə edilmədikdə gələcəkdə öd daşı xəstəliyi yaranma ehtimalı yaranır.

Öd daşı müalicəyə çox çətin tabe olan bir xəstəlikdir.

Əgər sizdə belə bir xəstəlik varsa, birinci növbədə səbirli olmaq, daşı parçalayan və güclü ödqovucu təsirli bitkilərin qəbulundan çəkinmək lazımdır. Çünki daş böyük olan zaman öd axacağını tuta bilər, bu da dəhşətli ağrılarla nəticələnə bilər. Daşları əritmək üçün 1 ay boyunca gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığırafinə olunmamış  zeytun yağı içilməli, həmin müddətdə 10-15 ədəd iydə yeyilməli, həmçinin gündə 1 dəfə 1 ədəd ağ turp yeyilməlidir.

Bu müalicəyə başlamazdan əvvəl və sonra nəticəni bilmək üçün daşların ölçüsü USM ilə təyin olunmalıdır. Əgər müalicədən əvvəl öd daşlarının ölçüləri 3 millimetrdən böyük deyilsə, qatırquyruğu dəmləməsi içilə bilər. 2 xörək qaşığı qatırquyruğu bitkisi 3 stəkan suda 10 dəqiqə dəmlənib termosa tökülür, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Mənim ən çox istifadə etdiyim üsullardan biri gün ərzində 1-2 litr yağış suyu və ya distillə olunmuş su içməkdir. Bu zaman öd daşları kiçik hissəciklərə parçalanmır və qum şəklində xaric olur, bu səbəbdən də öd yollarını tutmur. Bu üsul uzun zaman tələb etsə də təhlükəsizdir. Daşın ölçüsündən asılı olaraq distillə olunmuş su 2-3 ay içilir. Bu üsulla öd daşları ilə yanaşı böyrək daşlarını da əritmək olar.

Ud hindi öd daşlarını əritmək üçün mükəmməl bir çarədir, əgər öd daşlarınız UZİ-də kölgə verən daşlar deyilsə (kölgə verən daşlar ərimir və ya çox az əriyir) gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ud hindi tozu ağıza atılır, üstdən 1 stəkan su içilir. Müalicə müddəti 2 ay.

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.