Məhsullar

Udi̇n10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi: Qurudulmuş udi hindi (Aquilaria agallocha) oduncağının tozu – 150 mq.
Köməkçi maddələr: qarğıdalı nişastası (Amylum maidis) – 250 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası:
Böyüklər: Gündə 3 dəfə hər dəfə 1 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olma¬yan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-000979
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü
www.herba-flora.com;

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Udin10 – Təbiətin gücü ilə sağlamlıq və balans

Ud hindi Ayurveda, Çin və Cənub-Şərqi Asiyanın ənənəvi təbabət sistemlərində istifadə olunub. İstifadə istiqamətləri regiona və ənənəyə görə dəyişib və həzm, tənəffüs, rahatlama və ümumi tonus kimi müxtəlif sahələri əhatə edib. Bu çoxşaxəli ənənə ud hindini sadəcə bir bitki komponenti deyil, əsrlərin bitkiçilik və ənənəvi biliklərini özündə birləşdirən qiymətli bitki xammalı kimi təqdim etməyə imkan verir.

Udin10 kapsul metabolik proseslərin normal fəaliyyətini dəstəkləmək və qidanı bioloji fəal maddələrlə zənginləşdirmək məqsədilə istifadə olunur. Bu xüsusiyyət məhsulu yalnız müəyyən bir şikayətə yönəlmiş vasitə deyil, gündəlik sağlamlıq rejiminə daxil edilə bilən bitki mənşəli qida əlavəsi kimi fərqləndirir.

Əsas təsiredici maddələr:

  • Seskviterpenlər (aqarospirol, aqarofuran, kusonol və s.)
  • Xromon törəmələri
  • Kinonlar
  • Uçucu efir yağları və qatranlar

Udin10 kapsulunun faydaları:

1. Antibakterial müdafiə və həzm sisteminin tənzimlənməsi üçün:

• Zərərli bakteriyaların fəaliyyətinə və çoxalmasına ləngidici təsir göstərir.
• Vərəm mikobakteriyalarına və dizenteriya şigellalarına qarşı yüksək aktivlik nümayiş etdirir.
• Həzm fermentlərinin ifrazını və bağırsaqların peristaltikasını tənzimləməyə kömək edir.
• İştahanı yaxşılaşdırır və sağlam həzm prosesini dəstəkləyir.

2. Orqanizmin ümumi tonusu, zehni fəaliyyət və yaddaş üçün:

• Orqanizmi ümumi şəkildə tonuslandırır və gümrahlıq hissi verir.
• Zehni fəaliyyəti və yaddaş qabiliyyətini artırmağa kömək edir.
• Gərgin iş və zehni fəaliyyət dövründə daxili enerjini dəstəkləyir.

3. Sidik-cinsiyyət sisteminin sağlamlığı və kişi gücü üçün:

• Böyrəklərdə və sidik yollarında olan iltihabi proseslərin azalmasına kömək edir.
• Sidik-cinsiyyət sisteminin rahat və normal funksiyasını dəstəkləyir.
• Kişilərdə daxili balansı tənzimləyərək cinsi qabiliyyətin və gücün artırılmasını təmin edir.

4. Qan dövranı və damar sisteminin möhkəmləndirilməsi üçün:

• Damar divarlarının elastikliyini artıraraq qan dövranının, xüsusilə də beyin və kiçik çanaq orqanlarının mikrosirkulyasiyasının yaxşılaşmasını dəstəkləyir.
• Kiçik qan damarlarını zədələnmələrdən qoruyur, kapilyarların kövrəkliyini və keçiriciliyini azaltmağa kömək edir.

Udin10 kapsul kimlər üçün uyğundur?

• Tez-tez boğaz ağrısı, öskürək və xroniki bronxitdən əziyyət çəkənlər
• Ağciyərlərin və tənəffüs yollarının müdafiə gücünü artırmaq istəyənlər
• Mədə yanması, köp, qastrit və bağırsaq iltihabından narahatlıq yaşayanlar
• Tez-tez həzm pozuntusu, ishal və ya bağırsaq infeksiyaları ilə qarşılaşanlar
• Qaraciyərini toksinlərdən qorumaq və onun təbii funksiyasını dəstəkləmək istəyənlər
• Tez-tez baş ağrısı yaşayanlar, stress, gərginlik və depressiv əhval-ruhiyyədən uzaq olmaq istəyənlər
• Böyrək sağlamlığını qorumaq, böyrək daşı riskini azaltmaq və enurez (gecə altını islatma) problemi olanlar
• Oynaq ağrıları, revmatizm və hərəkət məhdudiyyətindən narahat olanlar
• Cinsi gücü artırmaq, daxili balansı və kişi sağlamlığını bərpa etmək istəyənlər
• Sızanaq, allergiya və digər problemli dəri tiplərinə sahib olanlar
• Damar divarlarını möhkəmləndirmək və tez-tez yaranan burun qanaxmalarının qarşısını almaq istəyənlər

Əlaqəli bloq yazıları:

Allergiya Nədir? Allergiyanın mərhələləri, növləri və əlamətləri nələrdir?

Oxşar Məhsullar