HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Çöl qatırquyruğu otu

Tərkib:
Çöl qatırquyruğu otunun tərkibi 5%-ə qədər saponin ekvizetonin, alkaloidlər (nikotin, palustrin, trimetoksipiridin, dimetilsulfon), flavonoidlər (ekvizetrin, izokersitrin və 5-qlikozid-luteolin), karotin, üzvi turşular (akonit, alma, turşəng, askorbin), piyli yağ, qətranlar, aşı maddələri, acı maddələr və silikat turşusu ilə zəngindir.

İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, soyudulur, süzülür. Gündə iki dəfə, günün birinci yarısı, hər dəfə 1/2 stəkan yeməkdən 1 saat sonra qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Çöl qatırquyruğu çoxillik ot bitkisidir. Bitkinin çiçəyi olmur. Ən çox şimal yarımkürəsində yayılıb. Avropa, Asiya, Şimali Amerika əraziləri bitki üçün endemikdir. Çöl qatırquyruğu əsasən rütubətli, nəmli torpaqlarda, su kənarlarında və meşəlik ərazilərdə bitir. Xalq təbabətində bir çox xəstəliklərin müalicəsində qatırquyruğundan geniş istifadə olunur. Tərkibi flavonoidlər, saponinlər, alkaloidlər, tanninlər, vitamin C, orqanik turşular, kalium, kalsium, dəmir və manqan kimi minerallar və digər bioloji aktiv maddələrlə zəngindir.

Çöl qatırquyruğu otu və faydaları

Bitki orqanizmə bakteriya əleyhinə, göbələk əleyhinə, qızdırmasalıcı, büzücü, yarasağaldıcı, antioksidant, iltihab əleyhinə, təbii diuretik (sidikqovucu) təsir göstərir. Çöl qatırquyruğu otunun tərkibi həmçinin silisiumla zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir. Su-duz balansını tənzimləməyə kömək edir.

Maddələr mübadiləsinin pozulması orqanizmdə bir sıra xəstəliklərin inkişafına yol açır. Sidik daşı, öd daşı xəstəlikləri, sidik turşulu diatez və podaqra, piylənmə, şəkərli diabet və revmatoid artrit kimi xəstəliklər maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Çöl qatırquyruğu otu bu qəbildən olan xəstəliklər zamanı bədəndə yığılan ödemi azaldır.

Qatırquyruğu otunun sidik-cinsiyyət sisteminə təsiri

Qatırquyruğu otu bir tərəfdən metabolizmi sürətləndirərək daşların əmələ gəlməsinin qarşısını alır, digər tərəfdən sidikdə müdafiə kolloidlərinin miqdarını artıraraq mineral komponentlərin bir-birinə birləşərək daş şəklində çökməsini önləyir. Tərkibində olan silisium və kalium duzları sayəsində böyrək fəaliyyətini artırır, filtrasiyanı və reabsorbsiyanı yaxşılaşdırır.

Böyrək və sidik yollarına antiseptik, iltihab əleyhinə təsir göstərir. Sidik yollarının və prostat vəzin infeksiyaları zamanı yaranan əlamətləri aradan qaldırır, sidik şırnağını sürətləndirərək sidikliyin rahat boşalmasına, həmçinin toksinlərin xaric olunmasına yardım edir. Sistit (sidik kisəsi iltihabı), uretrit, pielonefrit və prostatit xəstəliklərində yüksək effekt verir.

Çöl qatırquyruğu otu həmçinin lipid və xolesterin mübadiləsini yaxşılaşdırır, qanda lipid spektrini normallaşdırır. HDL fraksiyasının miqdarını artırır, LDL fraksiyasının miqdarını azaldır. Nəticədə aşağı sıxlıqlı lipoproteinlərin qan damarların iç intima qişasına çökməsinin qarşısını alır, həmçinin triqliseridlərin miqdarını tənzimləyir. Silisium sümük, oynaq və dayaq-hərəkət aparatının bütün xəstəliklərinin müalicəsində və osteoporozun qarşısının alınmasında istifadə olunur.

Əzələ və sümük zədələrinin, yara və kəsiklərin sağalmasını sürətləndirir, bundan əlavə sızanaq və ekzema zamanı effektiv təsirə malikdir. Bu xəstəliklərin müalicəsində çöl qatırquyruğu otu xaricə islatma və kompres şəklində istifadə edilir. Qatırquyruğunun dəri xəstəliklərinə müsbət təsiri bununla bitmir. Dəridə kollagen istehsalını artırır, dırnaq və saç sağlamlığını qoruyur, saçların tökülməsini azaldır, onların uzanmasını stimullaşdırır, dırnaqları möhkəmləndirir.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar