Disbakteriozun nədir? Disbakteriozun qarşısını necə almalı?

Mündəricat

Disbakteriozun nədir?

Disbakterioz – bağırsaq mikrobiotası ilə ətraf mühitin müxtəlif faktorları arasında tarazlığın pozulması zamanı meydana gəlir. Bunun nəticəsində bağırsaq mikrobiotasının həm kəmiyyət, həm də keyfiyyət tərkibi dəyişir. Bu dəyişikliklər bağırsaqların funksiyalarına mənfi təsir göstərir. Disbakterioz dedikdə konkret bir xəstəlik başa düşülmür. Disbakterioz qarının şişməsi, quruldaması, qarında ağrı, nəcisin xarakterinin dəyişməsi və digər dispeptik simptomlarla müşahidə olunan ümumi bir vəziyyətə deyilir.

Disbakterioz bağırsaq mikroflorasının bakterial sayının dəyişməsi ilə xarakterizə olunur. Bağırsaqlarda həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi olduğu üçün faydalı bifido və laktobakteriyaların miqdarı azalır, xəstəlik törədən bakteriyaların miqdarı isə artır. Sağlam insanda bağırsaqlarda bütün bakteriyalar tarazlıqda olur ki, bu da bağırsaqların həzm prosesində aktiv iştirak etməsinə səbəb olur. Normal bağırsaq mikroflorası orqanizmi qidalı maddələrlə təmin edir, bağırsaq peristaltikasını tənzimləyir, ion balansını saxlayır.

Həmçinin dərman preparatlarının sorulmasını təmin edərək, toksinləri neytrallaşdırır. Bundan başqa bağırsaq mikrobiotası zülal və yağların mübadiləsində aktiv iştirak edir. Normal mikrofloranın tərkib və kəmiyyət etibarilə dəyişməsinin səbəbi özbaşına müxtəlif dərman preparatlarının, xüsusilə də antibiotiklərin qəbuludur. Qida rasionunun tərkibi, xüsusilə də müxtəlif xroniki orqan və sistem xəstəlikləri, psixoemosional gərginlik də çox vaxt disbakterioza gətirib çıxarır.

Disbakteriozun yaranma səbəbləri

Disbakterioz adətən diareya, bəzən də qəbizliklə müşayiət olunur. Bağırsaqlarda köp, qazəmələgəlmənin artması, hıçqırma, ağızda xoşagəlməz dad, qarında ağrı və diskomfort çox vaxt disbakterioz səbəbindən yaranır. Əgər disbakterioz müxtəlif antibiotiklərin qəbulundan sonra yaranıbsa, yaxud keçirilmiş kəskin bağırsaq infeksiyası sonrası meydana gəlibsə bu vəziyyəti düzgün korreksiya etmək, tək bifidobakteriyalar deyil, digər faydalı mikroorqanizmləri də bərpa edərək bağırsaq mikroflorasının tarazlığını təmin etmək mümkündür.

Əgər disbakterioz qastrit, duodenit, kolit və s. kimi xroniki xəstəliklər səbəbindən yaranırsa bağırsaq mikroflorasının tarazlığını tam şəkildə bərpa etmək mümkün olmur. Lakin periodik şəkildə müxtəlif müalicələr qəbul etməklə bağırsaq mikroflorasının kəmiyyət və keyfiyyət tərkibini qismən bərpa etmək mümkündür.

Disbakteriozun qarşısını necə almalı?

Profilaktik olaraq disbakteriozun qarşısını almaq üçün balanslaşdırılmış qida rasionu mütləq vacibdir. Antibiotiklərin təyinatı zamanı isə bağırsaq mikroflorasında faydalı bakteriyaların artıb-çoxalmasına şərait yaradan müxtəlif dərman preparatları yanaşı qəbul edilməlidir. Həmçinin normal yuxu rejiminə riayət etmək və stressdən uzaq olmaq lazımdır. Qida rasionuna süd-turşu məhsulları, bifidobakteriyalarla zəngin içkilər və qidalar daxil edilməlidir. Qida rasionundan tərkibində kimyəvi maddələr saxlayan məhsulları çıxarmaq lazımdır. Məhz bu cür, xüsusilə konservantlı məhsullar mədə-bağırsaq traktının fəaliyyətini pozur.

İnsanlarda müxtəlif dərman preparatlarının qəbulundan sonra disbakterioz yaranarsa bu zaman müxtəlif vitaminlər və həkim tərəfindən təyin olunan mikrofloranı müdafiə edən preparatlar qəbul olunur. Bəzi kompleks müalicələr zamanı mütləq həkim tərəfindən təyin olunan xüsusi pəhrizlərə riayət olunmalı, faydalı bakteriyalarla zəngin qida məhsullarına üstünlük verilməlidir. Nəticədə baş verə biləcək disbakteriozun qarşısı öncədən alınmış olur.

Yuxarıda da qeyd etdiyim kimi antibiotiklər və digər kimyəvi preparatların qəbulu zamanı qida rasionunuzda vitaminlərlə, minerallarla, bifidobakteriyalarla zəngin olan məhsullardan bol-bol istifadə edin!

Müxtəlif etiologiyalı ishal, qəbizlik, köp, sancı, meteorizm hallarında isə göstərişə uyğun olaraq Herba Flora şirkətinin Qastren, Pankreas, Şüyüd, Dianat, Meteonat, Koliks10, Prolaks, Prolaks kids kimi tam təbii tərkibli məhsullarından yararlanın!

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız