Məhsullarımız
Şərbətlər
Di̇anat
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Tərkibi (100 ml):
Aptek çobanyastığı (Chamomilla recutita flower liquid extract) çiçəyinin duru ekstraktı – 16,1 ml; Dərman gülümbaharı (Calendula officinalis flower liquid extract) çiçəyinin duru ekstraktı – 9,2 ml; İstiotlu nanə (Mentha piperita leaf distillate) yarpağının distillatı – 9,2 ml; Adi zirə (Carum carvi fruit distillate) meyvəsinin distillatı – 6,9 ml; Meşə çiyələyi (Fragaria vesca leaf liquid extract) yarpağının duru ekstraktı – 4,6 ml.
Köməkçi maddələr: distilled water, sucrose, citric acid (E330), pectin (E440), sodium benzoate (E211), glycerin (E422).
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.
Əks-göstərişlər: Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, qəbizlik.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000088
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Müasir həyatın gərgin ritmi, nizamsız qidalanma, stress və infeksiyalar həzm sistemimizin işinə birbaşa təsir edərək bağırsaqların fəaliyyətini pozur. Kəskin və xroniki ishal, bağırsaq infeksiyaları, qarın ağrıları, sancı və köp kimi narahatlıqlar gündəlik həyat keyfiyyətini azaldır.
Dianat şərbəti – həzm sisteminin funksiyalarını təbii və effektiv şəkildə bərpa etmək üçün xüsusi olaraq hazırlanmış bioloji aktiv qida məhsuludur. Məhsulun formulu 5 güclü dərman bitkisinin – aptek çobanyastığı, dərman gülümbaharı, istiotlu nanə, adi zirə və meşə çiyələyinin elmi əsaslarla balanslaşdırılmış kombinasiyasına əsaslanır.
Əlaqəli yazı mövcud deyil.