Məhsullar

Prolaks Kids

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Tərkibi (100 ml):
Adi razyana (Foeniculum vulgare fructus distillate) meyvəsinin distillatı – 5,29 ml;
Köməkçi maddələr: Adi ərik meyvə¬si¬nin şirəsi/Chinese Apricot (Prunus armeniaca) fruit juice – 4.6 ml; adi gavalı meyvə¬si¬nin şirəsi/European Plum (Prunus domestica) fruit juice – 4,6 ml; adi əncir meyvəsinin şirə¬si/Common Fig (Ficus carica) fruit juice – 4,6 ml; distillə suyu/distilled water, saxaroza /sucrose, limon turşusu/citric acid (E330), pektin/pectin (E440), natrium benzoat/sodium benzoate (E211), qliserin/glycerin (E422).

İstifadə qaydası:
4-7 yaş: 1 çay qaşığı gündə 3 dəfə;
7-12 yaş: 2 çay qaşığı gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.

Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000226
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Prolaks Kids – Spazmsız və sancısız bağırsaqların təbii rahatlığı!

Prolaks Kids şərbəti uşaqlarda tez-tez rast gəlinən qəbizlik və köp problemlərinin qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış, təbii bitki və meyvə ekstraktlarından ibarət bioloji aktiv qida məhsuludur.

Şərbət bağırsaqlarda spazm və sancı yaratmadan qida kütlələrinin hərəkətini asanlaşdırır, həzm prosesini stimullaşdırır, uşaqların mədə-bağırsaq sisteminin təbii və rahat işləməsini təmin edir. Süni komponentlərdən uzaq, tamamilə təbii tərkibi sayəsində uşaq orqanizmi üçün zərərsiz və effektiv bir köməkçidir.

Əsas təsiredici maddələr:

  • Adi razyana (Foeniculum vulgare) meyvəsi: anetol, fenxon, estraqol, limonen, olein.
  • Adi ərik (Prunus armeniаca) meyvəsi: karotinoidlər (beta-karotin), üzvi turşular (alma, limon turşusu), şəkərlər (saxaroza, qlükoza), kalium duzları, pektin.
  • Adi gavalı (Prunus domestica) meyvəsi: üzvi turşular (alma, limon, tursəng turşusu), pektin maddələri, şəkərlər, vitaminlər (B qrupu, C, E), kalium və dəmir elementləri.
  • Adi əncir (Ficus carica) meyvəsi: şəkərlər (qlükoza, fruktoza), pektin, üzvi turşular, fisin (proteinaza fermenti), flavonoidlər.

Prolaks Kids şərbətinin faydaları:

  • Qəbizliyi aradan qaldırır: bağırsaq möhtəviyyatını yumşaldır, spazm və sancı törətmədən qida kütlələrinin ləngiməsinin qarşısını alır və qəbizliyin aradan qalxmasına yardımçı olur.
  • Bağırsaq peristaltikasını aktivləşdirir: bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq hərəkətliliyi artırır və bağırsaqların boşalmasını sürətləndirir.
  • Həzm prosesini yaxşılaşdırır: həzm vəzilərinin sekresiyasını artırır, qidaların parçalanmasını asanlaşdırır və mədə-bağırsaq sisteminin normal funksiyasını bərpa edir.
  • Mədə-bağırsaq sancılarını və spazmları azaldır: bağırsaqların saya əzələlərinin spazmını aradan qaldırmağa və sancıları azaltmağa yardım edir.

Prolaks Kids kimlər üçün uyğundur?

  1. Xroniki və kəskin qəbizliyi olan uşaqlar üçün: kolit (bağırsaq iltihabı) fonunda yaranan qəbizliyin aradan qaldırılmasına kömək edir.
  2. Disbakteriozdan əziyyət çəkən uşaqlar üçün: bağırsaq mikroflorasının pozulması zamanı yaranan qəbizlik hallarında effektlidir.
  3. Düzgün qidalanmayan uşaqlar üçün: həddən artıq çox və ya az qida qəbulu, az maye qəbulu və quru qidalanma səbəbindən yaranan qəbizliyi aradan qaldırır.
  4. Qurd infeksiyaları olanlar üçün: orqanizmdə parazitlərin (qurdların) olması ilə bağlı yaranan qəbizlik zamanı kömək edir.

Əlaqəli bloq yazıları:

Disbakterioz nədir və simptomları nələrdir?

Oxşar Məhsullar