Məhsullarımız
Kapsullar
Hepas10 Kapsul
Bir kapsulun tərkibi:
Əkilən ənginar (Cynara scolymus) yarpağının quru ekstraktı – 75 mq; Adi alaqanqal (Silybum marianum) meyvəsinin tozu – 45 mq; May itburnusu (Rosa majalis) meyvəsinin quru ekstraktı – 10 mq; Qumluq ödotu (Solmazçiçəyi) (Helichrysum arenarium) çiçəyinin quru ekstraktı – 10 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 310 mq, kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadəsinə göstəriş: Qaraciyərin və öd yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
Böyüklər: Gündə 2 dəfə hər dəfə 1-2 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 30 gündür.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq, öd daşı xəstəliyi.
Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Hepas10 “Herba Flora” şirkətinin yüksək effektli, təbii qaraciyər qoruyucu kapsullarıdır. Hepas10 kapsullarının tərkibi alaqanqal toxumu, ənginar çiçəkləri, solmazçiçəyi çiçəyi, itburnu meyvəsinin quru ekstraktları və tozundan ibarətdir.
Alaqanqal toxumunun tərkibi
Qaraciyərin hüceyrələrini dağılmaqdan qoruyur, qaraciyər hüceyrələrinin (hepatositlərin) membranını stabilləşdirir və transaminazaların (ALT – alaninaminotransferaza, AST – aspartataminotransferaza, QF – qələvi fosfataza) qana keçməsini dayandırır. Nəticədə qanda transaminazaların, qələvi-fosfatazanın və bilirubinin miqdarı azalır. Zədələnmiş hepatositlərin funksiyasını bərpa edir. Silimarin, silibin qaraciyər hüceyrəsinin regenerasiyasnı sürətləndirir. Essensial fosfolipidlər qaraciyərdəki sərbəst radikallarla birləşərək onları neytrallaşdırır və toksik olmayan birləşmələrə çevirir. Bununla da sərbəst radikalların hepatositlərin membranını zədələməsinin qarşısı alınır. Lipidlərin oksidləşmə-reduksiya prosesini tənzimləyərək qaraciyərin piy distrofiyasının qarşısını alır.
Ənginar yarpaqları da güclü qaraciyər qoruyucudur. Tərkibində olan sinarin qlikozidi və fenolkarbonat turşusu sayəsində ödqovucu, sidikqovucu təsirlər göstərir, orqanizmi detoks edir, sidik turşusundan, toksinlərdən, ağır metal duzlarından, zərərli maddələrdən təmizləyir. Lipid və sidik-turşu mübadiləsini yaxşılaşdırır. Qanda xolesterin səviyyəsini azaldır. P vitamini ilə zəngin olduğunda damarqoruyucu təsir göstərir, hemorragiyaların qarşısını alır. Bağırsaqların işini yaxşılaşdırır, tərkibində olan inulin maddəsi hesabına orqanizmdə həzmi yavaş olan karbohidratın enerjiyə çevrilməsini təmin edir.
Solmazçiçəyi çiçəyi flavonoidlər hesabına öd yollarının və öd kisəsinin saya əzələlərinə spazmolitik təsir göstərməklə həm ödün qovulmasını asanlaşdırır, həm də iltihabın sorulmasını sürətləndirir. Qaraciyər hüceyrələrində ödün əmələ gəlməsini stimulyasiya edir və ödün öd kisəsinə tökülməsini asanlaşdırır. Öddə öd turşularının konsentrasiyasını azaldır, xolatların, bilirubinin miqdarını artırır, nəticədə ödü durulaşdırır.
İtburnu meyvəsi C, E, B1, B2, P, PP vitaminləri və dəmir duzları ilə zəngin olub qaraciyər qoruyucu təsir edir. Ödqovucu olduğu üçün qaraciyərdaxili öd yollarında, öd kisəsində və öd axarlarında durğunluğun və hepatositlərin zədələnməsinin qarşısını alır, qaraciyər hüceyrələrinin regenerasiyanı yaxşılaşdırır, qanda xolesterinin miqdarını azaldır. Sidikqovucu olduğu üçün qaraciyərin qapı venasında və aşağı boş venada durğunluğun və nəticədə əmələ gələn ödemlərin qarşısını alır.
Ümumiyyətlə, Hepas10 kapsulları qaraciyər qoruyucu, ödqovucu, antitoksik, antioksidant, iltihab əleyhinə təsir göstərir. Kəskin və xroniki hepatit, sirroz, qaraciyərin piy distrofiyası, öd kisəsi və öd yollarının iltihabi xəstəlikləri zamanı çox faydalıdır. Məhz ödqovucu xüsusiyyətinə görə öd daşı zamanı qəbulu əks göstərişdir. Gündə 2 dəfə 1 kapsul yeməkdən əvvəl qəbulu tövsiyə edilir. Qəbul müddəti minimum 1 aydır. Hepas10 tam təbiidir, uzun müddət istifadə oluna bilər.