Məhsullarımız
Kapsullar
Nat-Qara zi̇rə
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bir kapsulun tərkibi:
Qurudulmuş qara zirə (Nigella sativa) toxumlarının tozu – 200 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 200 mq; kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadə qaydası və dozalanma:
Böyüklər: Gündə 3 dəfə, hər dəfə 2 kapsul olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur. Tövsiyə olunan qəbul müddəti 3 aydır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı yüksək həssas¬lıq, hamiləlik və laktasiya dövrü. İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün onlarla birlikdə qəbulu tövsiyə olunmur.
Saxlanma şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-000288
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü
ww.herba-flora.com
TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Qara Zirə (Nigella sativa) əsrlərdən bəri həm ədviyyat, həm də müalicəvi vasitə kimi istifadə olunan bitkilərdən biridir. Bu gün isə qara zirə yalnız istifadəsi ilə deyil, toxumlarının tərkibindəki bioaktiv komponentlərə görə elmi araşdırmaların mövzusu kimi də diqqət çəkir.
«Herba Flora» MMC bu bitkini kapsul formasında sizlərə təqdim edir.