Məhsullar

Alaqanqal Yağı

Tərkibi: Karotinoidlər, E, D, K və B qrupu vitaminləri, makro- və mikroelementlər (Se, Zn, Fe, K, Ca), flavoliqnanlar (silibin, silidianin, silimarin).

Farmakoloji təsiri: Güclü  hepatoprotektor təsirə malik olan flavoliqnanlar qaraciyərin funksional vəziyyətinə müsbət təsir göstərir, hepatositlərin membranını möhkəmləndirir, alkoqol və toksiki maddələrin təsirindən zədələnmiş hepatositlərin regenerasiyasını sürətləndirir, qaraciyərdə iltihabi proseslərin qarşısını alır, öd hasilatını artırır, qaraciyərin detoksikasion funksiyasını stimulyasiya edir. Omeqa-6 və omeqa-9 turşuları pozulmuş lipid mübadiləsini və hormonal balansı tənzimləyir, immuniteti möhkəmləndirir və orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir. Antibakterial təsir göstərir, dərinin regenerasiya və epitelizasiyasını sürətləndirir, qaraciyər xəstəliklərində müşahidə olunan dəri əlamətlərinin (“damar ulduzcuqları”, quruma, qabıqlanma) qarşısını alır, saç və dırnaqların möhkəmlənməsini və bərpasını təmin edir. Tərkibində Zn, Mn və Se sayəsində mədəaltı vəzin insulin istehsalını artırır.

İstifadəsinə göstəriş:

– Qaraciyərin piy distrofiyası, hepatit, qaraciyər sirrozu, qaraciyərin müxtəlif toksiki maddələrin (alkoqol, təbii və sintetik zəhərlər, ağır metal duzları, dərman preparatları) təsirindən zədələnməsi, öd yollarının diskineziyası, xolangit, öd daşı xəstəliyi

– Qastrit, kolit və enterokolit, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, qəbizlik  və  hemorroyun  kompleks müalicəsi

– Ateroskleroz, hipertoniya, ÜİX, venaların varikoz genişlənməsi, piylənmə, infarkt və insultların kompleks müalicəsi və profilaktikası

– Uşaqlıq boynunun eroziyası, kolpit, endoservisit, atrofik vaginitin kompleks terapiyası

– Stomatit, gingivit, parodontit, atrofik rinitin kompleks terapiyası

– Göz xəstəliklərinin müalicə və profilaktikası

– Anemiyanın kompleks müalicəsi və profilaktikası

– Ağır xəstəliklər və ya əməliyyatlardan sonrakı reabilitasiya dövrü, onkoloji xəstəliklərin profilaktikası

– Şəkərli diabet

İstifadə formaları və qaydası: Yağ daxilə qəbul və applikasiya şəklində tətbiq edilir. Gündə 2-3 dəfə 1 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Mədə xorası zamanı isə gündə 3 dəfə 1 desert qaşığı daxilə qəbul edilir. Yağın minimal qəbul müddəti 1-2 aydır. Müalicə kursu ildə 3 dəfə  təkrarlanmalıdır. Uşaqlıq yolu xəstəliklərində tampon şəklində tətbiq olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya Teqlər ,

Ətraflı Məlumat

 

Alaqanqal yağının faydaları.                                                                                                       

  • qeyri-düzgün qidalanma,
  • fiziki aktivliyin az olması,
  • qeyri-sağlam həyat tərzi,
  • normadan artıq çəki,
  • alkoqollu içkilərin qəbulu,stress və s.

kimi faktorlar tədricən qaraciyərin piy distrofiyası adlanan xəstəliyə gətirib çıxarır. Əgər mübadilə prosesi ləngiyirsə, qanda toplanmış qlükoza lazımı miqdarda qaraciyər hüceyrələrinə daşına bilmir. Hepatositlərin (qaraciyər hüceyrələri) hüceyrə membranı aralanır və daxilinə yağ molekulları toplanır. Bu proses qaraciyər piylənməsi adlanır. Ləkəli alaqanqal tərkibi bir çox faydalı maddələrlə zəngin məşhur qaraciyərqoruyucu bitkidir. Silimarin qrupundan olan flavonoidlər sayəsində ləkəli alaqanqal qaraciyər toxumasının zədələnməsi, qaraciyərin piy distrofiyası zamanı məhv olmuş qaraciyər hüceyrələrini yeniləri ilə əvəz edir.

Bitkinin tərkibindəki essensial fosfolipidlər mübadilə pozğunluğu nəticəsində əmələ gələn zərərli maddələrlə birləşərək onları bədəndən xaric edir, hüceyrələrin membranını möhkəmləndirir. Ləkəli alaqanqal bitkisi tərkibindəki vitaminlər (D, E, B və s.) aminturşular sayəsində antioksidant effekt göstərərək orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur, onkoloji xəstəliklərin əmələgəlmə riskini azaldır. Xlorofillə zəngin olduğu üçün orqanizm hüceyrələrini yeniləyir, cavanlaşdırıcı effekt verir. Faydaları saymaqla bitməyən ləkəli alaqanqal yağını həm profilaktik, həm də qaraciyərin piy distrofiyası zamanı istifadə edin, bu bitkinin yaratdığı möcüzələrə özünüz şahid olun! Herba Flora ilə qalın!

http://fizulihuseynov.com/

 

Oxşar Məhsullar