Məhsullarımız Bitkilər Çiçək Yapon Soforası
Tərkib:
Yapon soforasının qönçələri kversetinin qlükoramnoqlikozidi olan çox miqdarda rutinlə, həmçinin flavono idlər olan kempferol-3-soforozid, kversetin-3-rutinozid və genistein-4-soforabiozidlə, alkaloidlər, qlikozidlər və C vitamini ilə zəngindir.
İstifadəsi:
İki çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, 45 dəqiqə otaq temperatu-runda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən əvvəl daxilə qəbul edilir. Həmçinin zədəli nahiyələrin yuyul-ması üçün də istifadə edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Yapon soforası noxud, lobya kimi paxlalılar fəsiləsinə aid olan bir bitkidir. Yapon soforası demək olar ki, bütün dünyada əhəmiyyətli dərman bitkisi kimi istifadə olunur. Hətta yapon soforası qədim tarixi köklərə malik Çin təbabətində güclü müalicəvi effektinə və geniş təsir spektrinə görə 50 əsas dərman bitkisindən biri hesab olunur. Yapon soforasının demək olar ki, bütün hissələri, o cümlədən meyvələri, qönçələri və kökümsovu müxtəlif xəstəliklər zamanı geniş tətbiq olunur. Yapon soforası ürək-damar sistemini tənzimləyir, qanın qatılığını azaldır, psoriaz, allergiya və digər xəstəliklər zamanı çox effektlidir.
Yapon soforasının tərkibində ən vacib bioloji aktiv komponent kimi tanınan rutin adlı maddədir. Məhz bu faydalı bioloji aktiv maddə sayəsində yapon soforası orqanizmdə kapilyarların divarını möhkəmləndirir, damarların elastikliyini təmin edir, iltihab əleyhinə effekt verir. Yapon soforasının tərkibi rutinlə yanaşı bir çox digər qiymətli komponentlərlə də zəngindir. Bitkinin tərkibində olan efir yağları isə ümumilikdə orqanizmə antimikrob təsir göstərir. Yapon soforası həmçinin C vitamini deposudur. Bu da bitkinin soyuqdəymə və kəskin respirator virus və bakteriyal infeksiyalar zamanı immunostimulyator effektini təmin edərək orqanizmin infeksiyalarla aktiv mübarizəsini gücləndirir.
Yapon soforasının yarpaqlarından əldə edilən qenistein maddəsi osteoporozlar, sümük-əzələ aparatının xəstəikləri, həmçinin piylənmə zamanı faydalıdır. Bitkinin tərkibində olan kversetin flavonoidi arterial təzyiqi tənzimləyir, çiçək hissəsi isə kempferol flavonoidi ilə zəngindir ki, bu maddə güclü iltihab əleyhinə effekt verir. Bundan əlavə tərkibində olan alkoloidlər ağrı simptomlarını yüngülləşdirir, sinir sisteminə sakitləşdirici təsir edir. Bitki oksimatrin adlı maddə sayəsində orqanizmə antioksidant, iltihab əleyhinə, həm də kardioprotektiv təsir göstərir. Bundan başqa qanda xolesterin səviyyəsini də azaldır.
Xalq təbabətində bitkinin çiçəklərindən qanda şəkərin səviyyəsini azaltmaq, lipid mübadiləsini yaxşılaşdırmaq, qaraciyər və böyrəyin funksiyalarını tənzimləmək üçün istifadə olunur. Bu bitkinin həm də sedativ effekti məlumdur. Sinir-psixi gərginliyi azaldır, xəstələrdə qıcıqlanma və stresi aradan qaldırır. Yapon soforasının faydaları bununla da bitmir. Belə ki, bu bitki mədə-bağırsaq orqanlarının selikli qişasını möhkəmləndirdiyi üçün mədə xorası xəstəliyinin profilaktikasında faydalıdır. Yapon soforası tək daxilə deyil, xaricə də tətbiq olunur. Bitkinin qönçə və çiçəklərindən hazırlanmış cövhər dəridə əmələ gələn göbələk infeksiyalarında, ekzema və sızanaqlarda effeklidir. Yapon soforasından hazırlanmış cövhərlə baş dərisi silinir, bu da saçların uzanmasını və kəpəkdən azad olmasını təmin edir.
Əlaqəli yazı mövcud deyil.