Məhsullarımız
Bitki Çayları
Müalicəvi Bitki Çayları
Serebratea Çayı
Beyin üçün çay
Tərkibi:
Ginkqo biloba yarpağı, mayasarmaşığı qozası, yemişan çiçəyi, çöl qatırquyruğu otu, yapon soforasının qönçələri.
İstifadəsi:
4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Qəbul müddəti 45 gündür.
10 günlük fasilədən sonra kurs təkrar olunur.
Buraxılış forması:
30 filtr-bağlama, karton qutuda.
Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Saxlanma müddəti 2 ildir.
100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com
TŞ AZ 1400297541.002-2019
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Serebratea çayının tərkibində olan ginkqo biloba, mayasarmaşığı, yemişan, çöl qatırquyruğu və yapon soforası kimi bitkilərdən ibarət zəngin kompleks beyin hüceyrələrini oksigenlə zənginləşdirir, diqqəti artırır və yaddaşı gücləndirməyə dəstək olur. Gün ərzində zehni yorğunluqdan azad olmaq və fikrinizi tam cəmləmək üçün sizin ən yaxşı təbii köməkçinizdir.