Məhsullarımız
Bitkilər
Ot
Yatıqqanqal Otu
Tərkib:
Yatıqqanqal otunun tərkibində efir yağları, flavonoidlər, kumarinlər, aşı maddələri (4,46%), karotin, askorbin turşusu (60-70 mq%), acı maddələr, seliklər, mikroelementlər var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, 15 dəq. su hamamında dəmlənir, soyudulur, süzülür. 4-5 yaşa qədər uşaqlara çay qaşığı ilə, 12 yaşa qədər desert qaşığı ilə, böyüklərə xörək qaşığı ilə gündə 3-4 dəfə daxilə təyin edilir. Xaricə istifadə üçün 3 xörək qaşığı otun üzərinə iki stəkan qaynar su əlavə edilir, 15 dəq. dəmlənir və süzülür.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Yatıqqanqal xalq təbabətində istifadə olunan Avropa, Rusiya, Qafqaz, Orta Asiya, Çin, Hindistan kimi ərazilərdə yayılan şəfalı bitkilərdən biridir. Əsasən dərman və kosmetik məqsədlərlə geniş istifadə olunur. Bitkinin tərkibi bir çox bioloji aktiv komponentlərlə zəngindir. Onlardan flavonoidlər, provitamin A, C vitamini, polisaxaridlər, taninlər, acı maddələr, sink, maqnezium, dəmir kimi minerallar bitkini bir çox xəstəliklərin müalicəsində faydalı edir.
Yatıqqanqal allergik səpgilər, ekzema, dermatit, diatez, psoriaz və sızanaqlar zamanı çox effektlidir. Flavonoidlər və polisaxaridlər immun sisteminin işini tənzimləyir. Bununla yatıqqanqal otu sensibilizasiyası yüksək olan orqanizmdə immun cavabı normallaşdırır. Bakteriya əleyhinə və antiseptik xüsusiyyətlərə malik olduğu üçün yaraların sağalmasını sürətləndirir. Dəri allergiyası zamanı dərini sakitləşdirir, qaşıntını və qızartını azaldır.
Qida allergiyalarında isə orqanizmi allergenlərindən azad edir. Polen və toz allergiyası olan halda tənəffüs yollarında iltihabı və ödemi azaldır.
Dermatitlər zamanı kompres və çay kimi təyin olunur. Eksudativ-kataral diatez hallarında sakitləşdirici vanna şəklində tətbiqi məqsədəuyğundur. Luteolin və tanin maddələri iltihabı azaltdığı üçün ekzema, kontakt dermatiti, allergik dermatitlər zamanı istifadə olunur. Antihistamin effekt verərək dəridə baş verən səpgi və qızartını azaldır. Körpələrdə dəridə bişməcə və ya diatez zamanı vanna şəklində istifadə edilir.
Yatıqqanqal daxilə qəbul zamanı orqanizmi toksinlərdən təmizləyir. Belə ki, qaraciyərin zərərsizləşdirmə funksiyasını yaxşılaşdırır, qaraciyərdaxili öd yolları və öd kisəsində durğunluğu aradan qaldırır. Ödün öd kisəsi, öd yolları və onikibarmaq bağırsağa tökülməsini asanlaşdırır. Hepatit və digər qaraciyər problemlərində dəstəkləyici vasitə kimi istifadə olunur. Qanı toksinlərdən təmizləyir, qanda iltihabi faktorlarını azaldır. Maddələr mübadiləsini sürətləndirir, mədə şirəsinin istehsalını artıraraq həzmi yaxşılaşdırır. İştahanı artırır, qazəmələgəlmənin artması, qarında köp, qəbizlik və ishalda istifadə olunur.
Tərkibi bir çox vitamin və minerallarla zəngin olduğu üçün bağırsaqlarda faydalı bakteriyaların inkişafını sürətləndirir, bağırsaq florasını tənzimləyir. Tərkibindəki taninlər və flavonoidlər xəstəlik törədən mikrobları məhv edir. Orqanizmə sidikqovucu və tərlədici təsir göstərir. Soyuqdəymə zamanı bədəni təmizləyir, hərarəti salmağa kömək edir. Orqanizmdəki artıq suyu və duzları çıxarır. Sidik yollarında olan mikrobları xaric edir. Sidikqovucu kimi istifadə edildikdə ödem, böyrək iltihabı, sidik yolu infeksiyalarının aradan qalxmasına yardımçı olur.