Reflüks

Reflüks

Qastroezofageal reflüks mədə möhtəviyyatının qida borusuna geri axmasıdır. Bu xəstəlik bir sıra simptomlarla yanaşı ezofaqusun zədələnməsinə də səbəb olur. Eroziv reflüks o deməkdir ki, mədə möhtəviyyatı çox zaman endoskopik olaraq görünən eroziyalara səbəb olur. Eroziv olmayan reflüks xəstəliyində isə reflüks əlamətləri var, lakin endoskopik olaraq eroziv zədələr görünmür. Nəticədə, ezofaqusun qoruyucu faktorları ilə aqressiv mədə möhtəviyyatı arasında tarazlıq pozulur.

Qida borusunu qoruyan müdafiə faktorları:

  1. Anti-reflüks maneə: Ezofaqusa qaçan materialın həcmini və reflüks hallarının tezliyini azaldır. İstirahət zamanı mədə möhtəviyyatının ezofaqusa keçməsinin qarşısını alır, udma zamanı rahatlığı və qidanın mədəyə sərbəst keçməsini təmin edir.
  2. Qastroezofageal selikli qişanın təmizlənməsi: Qida borusunun selikli qişasına zərərli təsir edən material qısa müddətdə təmizlənməlidir.
  3. Epitel müqaviməti: Selikli qişa strukturlarından əmələ gələn qrupdur, üç hissədən ibarətdir; pre-epitelial, epitelial, post-epitelial müdafiə faktorları.

Endoskopiya müayinəsində simptomların şiddətinə görə eroziyaların uzunluğu və eni artır. Eroziyalar birləşir, xoralar, stenozlar, sütunlu metaplaziyalar əmələ gəlir.

PPİ (Proton Pompası İnhibitorları) testi:

Tipik reflüks simptomları olan xəstələrə PPİ təyin olunduqda, simptomlar maksimum 1 həftə ərzində geriləyir.

Reflüks-ezofagitin təsnifatı:

Mərhələ I – selikli qişanın hiperemiyası;

Mərhələ II – skvamokolumnar birləşmədən yaranan birləşməyən lezyonlar.

Mərhələ III – eroziyalar elə birləşir ki, onlar qovşağın hər tərəfində olmur.

Mərhələ IV – eroziyalar birləşir, xoralar və daralmalar əmələ gəlir.

Həyat tərzi dəyişiklikləri bu xəstəliyin yaranma riskini çox artırır. Sol böyrü üstündə yatmaq, yatağın başını 15 sm qaldırmaq reflüks tezliyini azaldır. Teofillin, ß-blokatorlar, dopamin, nitratlar reflüksü artıran dərmanlardır. Spirtli içkilər, yağlı yeməklər, şokolad, kofein, acı bibər, nanə, soğan, sarımsaq kimi qidalar reflüks-ezofagitə səbəb olur. Kola tipli içkilərdən imtina etmək, yeməkdən sonra ən azı 3 saat yatmaqdan çəkinmək vacibdir. Siqaret çəkməmək, reflüksü artıran dərmanlardan və ağır məşqlərdən qaçınmaq qida borusunun zədələnməsini azaldır.

Reflüks xəstəliyinin müalicəsi

Farmakoloji müalicə ən yumşaqdan ən güclü dərmana qədər mərhələli şəkildə aparılır. İstifadə olunan dərmanlar antasidlər, preokinetik dərmanlar, H2 reseptor blokatorları, PPİ-dən istifadə olunur. Dərmanların həddindən artıq istifadəsi zamanı ishal və qəbizlik riski nəzərə alınmalıdır. Həyat tərzini dəyişməklə reflüks hallarını aradan qaldırmaq mümkün olmadıqda H2 reseptor blokatorları təyin olunur. Əsasən simetidin, ranitidin, famotidin və ya nizatidin xəstəyə gündə iki dəfə olmaqla verilir. Proton pompasının inhibitorlarından isə omeprazol, lansoprazol, rabeprazol, pantoprazol, esomeprazol tərkibli preparatlar tətbiq edilir. Standart dozalarda 4-8 həftə ərzində 83% yaxşılaşma müşahidə olunur. Ağır hallarda isə doza gündə iki dəfəyə qədər artırıla bilər.

Təbii müalicəni Herba Flora şirkətinin Teastomin çayı ilə aparmaq tövsiyə olunur. Teastomin çayının tərkibində mədənin və qida borusunun selikli qişasını qidanın mexaniki təsirindən və mədə turşusunun yandırıcı təsirindən qoruyan seliklə zəngin bitkilər vardır. Həmçinin çayın tərkibində mədə turşusunu absorbsiya edən, selikli qişanın mikrosirkulyasiya və regenerasiyasını sürətləndirən bitkilər də mövcuddur. Kimyəvi dərmanlardan fərqli olaraq Teastomin çayı təbii olduğuna görə heç bir yan təsiri yoxdur.

https://fizulihuseynov.com/

https://herba-flora.com