Teastomi̇n Çay

Mədə üçün çay

Tərkibi:
Cökə çiçəyi, zəyərək toxumu, şirin biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü və kökümsovu.

İstifadəsi:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə qəbul edilir.

Qəbul müddəti 30 gündür.

Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.

Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Saxlanma müddəti 2 ildir.

100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com

TŞ AZ 1400297541.002-2019

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Teastomin – Mədə-bağırsaq sisteminin təbii müdafiəsi!

Təbii bitkilərin gücü ilə zənginləşdirilmiş Teastomin çayı, mədə-bağırsaq sistemini qoruyan və bərpa edən effektiv vasitədir. Mədə və bağırsaq sistemini qoruyur, selikli qişanı bürüyərək qıcıqlanmanın qarşısını alır. Antasid və spazmolitik təsiri sayəsində turşuluğu azaldır, qıcqırma və ürəkbulanmanı aradan qaldırır. Həzmi tənzimləməyə və köpü aradan qaldırmağa kömək edir.

Əsas təsiredici maddələr:

  • Zəyərək (Linum usitatissimum) toxumu: yağ turşusu (linetol), linamarin qlikozidi və selik maddələri.
  • Kəcəvər (Acorus calamus) kökü: qlikozidlər (akorin, kalamin) və efir yağları (proazulen, azaron).
  • Cökə (Tilia cordata) çiçəyi: flavonoid (hesperidin), fitonsidlər və selik maddələri.
  • Şirin biyan (Glycyrrhiza glabra) kökü: qlikozid (qlisirrizin), flavonoidlər (likviritin, likurazid, qlabrozid) və selik.
  • İstiotlu nanə (Mentha piperita) yarpağı: efir yağları (menton, mentol, puleqon).
  • Razyana (Foeniculum vulgare) meyvəsi: efir yağları (anetol, fenxon, pinen).

Teastomin çayının faydaları:

  • Mədə-bağırsaq sistemini bürüyür və qoruyur: zəyərək toxumu, cökə çiçəyi və şirin biyan kökü tərkibində olan selikli maddələr sayəsində mədənin selikli qişasını bürüyərək, iltihab prosesini azaldır və qişanın bərpasına kömək edir.
  • Eroziya və xoraların sağalmasını sürətləndirir: mədə və onikibarmaq bağırsağın selikli qişasının bərpasını, eroziv zədələnmələrin təbii sağalmasını dəstəkləyir.
  • Mədənin yüksək turşuluğunu neytrallaşdırır: tərkibində olan aktiv komponentlər mədə şirəsinin yüksək turşuluğunu neytrallaşdırmağa kömək edir, selikli qişanı qoruyur.
  • Ağrı və spazmları aradan qaldırır: istiotlu nanə yarpağı və razyana meyvəsi spazmolitik təsir göstərərək mədə-bağırsaq spazmlarını və gərginliyi azaldır, ürəkbulanmanı yüngülləşdirir.
  • Həzm prosesini yaxşılaşdırır: razyana meyvəsi, istiotlu nanə və kəcəvər kökü həzmi və iştahanı yaxşılaşdırır.
  • Meteorizm və qəbizliyin qarşısını alır: razyana meyvəsi köpü aradan qaldırır, zəyərək toxumunun yağ turşuları bağırsaqları yumşaldaraq qəbizliyin qarşısını alır.

Teastomin çay kimlər üçün uyğundur?

  • Həzm diskomfortu yaşayanlar: yeməkdən sonra mədədə yaranan köp, qıcqırma, ağırlıq, ağrı və spazm hissini yüngülləşdirmək üçün.
  • Mədə və bağırsaqları həssas olanlar: selikli qişanı turşunun mənfi və qıcıqlandırıcı təsirlərindən qorumaq, iltihab ocaqlarını sakitləşdirmək və mədədə təbii müdafiə baryeri yaratmaq üçün.
  • Mədə-bağırsaq funksiyası zəifləyənlər: həzm prosesini yaxşılaşdırmaq, iştahanı stimullaşdırmaq və bağırsaq fəaliyyətini yumşaq şəkildə tənzimləmək üçün.
  • Həzm sistemi xəstəliklərindən sonra bərpa dövründə olanlar: mədə və onikibarmaq bağırsağın selikli qişasında gedən regenerasiya proseslərinə və toxumaların sağlam qalmasına kömək etmək üçün.

Əlaqəli bloq yazıları:

Mədə qıcqırmasına səbəb nədir?

Oxşar Məhsullar