Herba Flora şirkəti olaraq əsas öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir. Onlara sağlam həyat bəxş etmək üçün daim çalışırıq.
Şirkətimiz yaradıldığı ilk gündən bəri, insanlara tam təbii bitki və bitki tərkibli məhsullarla təbiətdən gələn sağlamlığı əlçatan etməyi özünə missiya bilmişdir.
Herba Flora, daima inkişaf yönümlü siyasəti ilə dünyada bitki tərkibli məhsulların istehsalı sahəsində baş verən yenilikləri izləyir, müştərilərinə ən yüksək texnologiyalarla hazırlanmış keyfiyyətli məhsulları təqdim etmək üçün əzmlə öz üzərində çalışır.
Çəhrayı rodiola (qızıl kök) soyuq iqlim şəraitində bitən çoxillik ot bitkisidir. Qızıl kökün tərkibində 140-dan çox maddə var. Bu maddələrə flavonoidlər, taninlər, üzvi turşular, efir yağları, üzvi birləşmələr, antraxinonlar və kumarinlər aiddir.
Çəhrayı Rodiolanın xüsusiyyətləri:
Çəhrayı rodiola taninlər hesabına patogen mikrofloranın inkişafını tormozlayır, orqanizmi toksinlərdən qoruyaraq müalicəvi təsir göstərir. Bədənin immun sistemini aktivləşdirən antraxinon birləşmələri həm də laksatif təsir göstərir, bağırsaqların hərəkətini yaxşılaşdırır. Bitki tromboz əleyhinə effeklidir, həmçinin spazmları da aradan qaldırır. Gümüş, mis, manqan, sink elementləri hesabına sümükləri gücləndirir, qanda şəkərin səviyyəsini tənzimləyir və antioksidant fermentlərin istehsalını təmin edir. Qan təzyiqini artırır və kardiotrop effekt verir. Orqanizmə xərçəng əleyhinə təsir göstərir, şişlərin yaranmasının qarşısını alır, yaraların və yanıqların daha sürətli sağalmasına kömək edir. Orqanizmin təbii müdafiəsini, viral və bakterial infeksiyalara qarşı müqavimətini gücləndirir. Həkimlər hamiləlik və ana südü ilə qidalandırma zamanı da qızıl kökdən istifadə etməyi məsləhət görmürlər.
Hüseynov Fizuli Məmməd oğlu, 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində doğulmuşdur.
1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirərək, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olmuşdur və 1996-cı ildə bitirmişdir.
Füzuli bəy sizlərə yeni və faydalı məlumatları çatdırmaq məqsədilə bloq postları yazır.