Palıd qabığı

Mündəricat

Çoxumuza uşaqlıqdan məlum olan palıd qabığı tibbdə ən geniş istifadə edilən təbii vasitələrdən biridir. Dermatologiyada, kosmetologiyada, otorinolorinqologiyada, qastroenterologiyada və tibbin bir çox başqa sahələrində palıd qabığından daim tətbiq olunur. Palıd qabığı qədim zamanlardan bəri ənənəvi tibbin bir çox tanınmış dərman reseptlərinin tərkib hissəsidir.Əksər insanlar üçün palıd ağacı uzunömürlülük, ağıl gücü və bədənin sağlamlığı kimi gözəl keyfiyyətlərin simvoludur. Lakin bu ağac yalnız gücü və gözəlliyinə görə deyil, həm də antik dövrdən məlum olan müalicəvi xüsusiyyətləri sayəsində hörmətlə qarşılanır və bu günə qədər müxtəlif patologiyalara qarşı mübarizədə köməkçi vasitə kimi istifadə olunur. Xalq təbabətində bəzi hallarda palıd ağacının yarpaqlarından, bəzən də onun meyvələri olan palıd qozalarından istifadə olunur. Ancaq bu bitkinin ən qiymətli hissəsi müxtəlif dərman preparatlarının tərkibinə daxil olan və orqanizmin müxtəlif xəstəliklərinin müalicəsində çox müsbət təsir göstərən qabığıdır.

Palıd qabığı rəsmi olaraq dərman bitkilərinin arayış kitabına daxil edilib və elmi təbabətdə antiseptik və büzücü xüsusiyyətlərinə görə tətbiq olunur. Çox vaxt palıd qabığının dəmləməsi ishal ilə müşayiət olunan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Ancaq palıd qabığının istifadəsi təkcə bununla məhdudlaşmır. Bu bitkidən alınan dəmləmə və bişirmələr ginekoloji patologiyaların, stomatologiyada diş əti xəstəliklərinin, həmçinin dəri və həzm sistemi xəstəliklərinin müalicəsində effekti təsir göstərir. Bu sadalananlar palıd qabığının bütün tətbiq sahələri deyil.

Palıd qabığının faydaları

Palıd qabığının insan orqanizminə çoxşaxəli təsiri onun tərkibində olan bir çox unikal bioloji aktiv birləşmələrlə əlaqədardır:

  1. Aşı maddələri – patogen mikrofloranın həyat fəaliyyətini təmin edən zülalların sintezini dayandırmaq xüsusiyyətinə malikdir, bunun sayəsində mikrobların inkişafı və çoxalma prosesi tormozlanır.
  2. Katexinlər – bu birləşmələr palıd qabığının antimikrob xüsusiyyətlərini təmin edir.
  3. Pentozanlar – iltihab əleyhinə təsir göstərir.
  4. Pektinlər – həzm sisteminin normal fəaliyyətinə kömək edir.

Palıd qabığında hüceyrə və toxumaların bərpası prosesini stimullaşdıran çoxlu flavonoidlər, zülallar və nişasta var. Bu birləşmələr müalicəvi təsir göstərərək selikli qişaların bərpasını stimullaşdırır, qıcıqlanmanı, iltihabı azaldır.

Palıd qabığından Herba Flora şirkətinin istehsal etdiyi bir sıra məhsulların tərkibinə daxil edilib. Belə ki, Qastren çayıDianat şərbətinin tərkibində palıd qabığı tanin maddəsi hesabına büzücü təsir göstərir, ishal və qusma zamanı orqanizmin su itkisinin qarşısını alır. Bundan başqa yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərində, əsasən də qrip, zökəm, tonzillit, angina, faringit və laringit zamanı istifadə olunan Lorosept spreyi və məhlulun da tərkibində palıd qabığı var. Bu məhsulların tərkibində antiseptik, iltihab əleyhinə və selikli qişalara büzücü təsir göstərərək infeksiyaların artıb-çoxalmasının qarşısını alır. Xüsusilə pandemiya dönəmində palıd qabığından həm tək halda, həm də müxtəlif şərbətlərin, məhlul və çayların tərkibində istifadə etmək məqsədəuyğundur.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.