Kolit xəstəliyi nədir?
Kolit yoğun bağırsağın selikli qişasının iltihabi xəstəliyidir. Bu xəstəlik selikli qişada ödem, eroziya və yaralarla müşayiət olunur. Kolitin kəskin forması qısa müddətli, adətən bakterial və ya virus mənşəli olur. Xroniki kolit isə uzunmüddətli gedişə malik təkrarlanan və çox vaxt autoimmun səbəbli ola bilir. Xroniki kolit tez-tez kəskinləşmələrlə müşayiət olunur. Kolit xəstəliyi ağır formalı olduğu zamanı çox hallarda xəstələr cərrahi müalicəyə məruz qalırlar.
Kolit xəstəliyinin əlamətləri
Kolit xəstəliyi əsasən ishal, nəcisdə selik və qan, qarında sancı, zəiflik hissi, hərarətin yüksəlməsi, iştaha və çəki itkisi, yalançı defekasiya çağırışları və defekasiya zamanı narahatlıqla müşayiət olunur. Nadir hallarda dəridə səpgilər, gözlərin konyunktivasının qıcıqlanması və oynaq ağrısı (artrit) özünü biruzə verə bilər. Kolit, həzm sisteminin vaxtında müalicə edilməyən digər xəstəlikləri fonunda da inkişaf edə bilər.
Xəstəliyin ən çox görülən növləri:
- infeksion,
- işemik,
- dərmana bağlı,
- mikroskopik,
- radiasion kolitlərdir.
Yoluxucu kolitə hər yaşda rast gəlinir. Bu xaricdən zərərli mikroorqanizmlərin daxil olması və ya bağırsaqlarda zərərli mikrofloranın aktivləşməsi nəticəsində yaranır. Kəskin qarın ağrısı, bağırsaq peristaltikasının sürətlənməsi və əhəmiyyətli kilo itkisi ilə xarakterizə olunur. İşemik kolit əsasən 45 yaşdan yuxarı insanlarda müşahidə olunur. Ən ağır gedişatda bu iltihablı işemik sahələr nekrozlaşa bilir. Dərmanla əlaqəli kolit güclü dərmanların müntəzəm istifadəsi nəticəsində yaranır. Bunlara qeyri-steroid iltihab əleyhinə dərmanların, antibakterial preparatların uzunmüddətli istifadəsi aiddir. Mikroskopik kolit autoimmun xəstəlikləri olan insanlarda baş verə biləcək bir xəstəlikdir. Belə pasientlərin zəifləmiş bədənləri adətən ümumi xəstəliklərin öhdəsindən gələ bilmir, pəhriz və standart dərmanlarla asanlıqla idarə olunan kəskin kolit meydana çıxır. Radiasion kolit xərçəngin yerli müalicəsinə reaksiya olaraq baş verə bilir.
Ulseratif kolit hər yaşda inkişaf edə bilər, lakin ən çox 15-25 yaş arasında rast gəlinir. Bu, bədənin immun sisteminin sağlam toxumalara hücum etdiyi autoimmun xəstəliklər qrupuna aiddir.
Kəskin və xroniki kolitin müalicəsində fərqli yanaşmalar məlumdur. Kolitin müalicəsi xəstəliyin aktivliyindən, inkişafından, simptomlarından, residivlərin tezliyindən, bağırsaqdan kənar iltihabın dərəcəsindən, əvvəlki müalicələrdən və bu dərmanların yan təsirlərindən asılıdır. Terapiyanın məqsədi simptomları yüngülləşdirmək və remissiyaya nail olmaqdır.
“Herba Flora” şirkətinin istehsal etdiyi Qastren çayı, Dianat və Prolaks şərbətləri, Pankreas və Teastomin çayları mədə-bağırsaq xəstəliklərinin xüsusilə də kolit xəstəliyinin müalicəsində əhəmiyyətli yer tutur. Bu məhsullar həzmi yaxşılaşdırır, metabolizmi sürətləndirir, bağırsaqların peristaltikasını yaxşılaşdırır, həmçinin antiseptik, iltihab əleyhinə effekt verir. Kolitin müalicəsində pəhriz xüsusi əhəmiyyətə malikdir ki, Herba-Flora şirkəti bunun üçün də məxsusi pəhrizlər təqdim edir.