HERBA FLORA






Uşaqlarda QƏBİZLİK
Herba Flora / Məqalələr

 

Qəbizlik bağırsağın kifayət qədər boşalmaması, onun fəaliyyətinin ləngiməsi və çətinləşməsi vəziyyətidir. Tibbi-sosial problem olan qəbizlik ailədə və uşaqlarda narahatlıq yaratmaqla yanaşı, həm də uşaq orqanizminin böyümə və inkişafına mənfi təsir göstərir.

 

Əhali arasında sanitar maarifinin kifayət qədər olmaması, uşaqlarda utancaqlıq hissiyyatı, yaxud uşaq və böyüklərdə bağırsaq boşalmasının normal tezliyi haqqında tam bilgilərin olmaması həkimə edilən müraciətin gecikməsinə səbəb olur.


Öd "qatılaşmasının" TƏBİİ MÜALİCƏSİ
Herba Flora / Məqalələr

 

Orqanizmin ən böyük laboratoriyası olan qaraciyər 40-a yaxın həyati vacib funksiya yerinə yetirir. Onlardan ən vacib əhəmiyyət kəsb edənlərdən biri nazik bağırsaqlarda qida maddələrinin həzmini təmin edən ödün sintezidir. Qaraciyər hüceyrələrində istehsal olunan qızılı-sarı rəngli həzmedici xüsusiyyətli şirə əvvəlcə öd kapilyarlarına, sonra isə axarlara tökülərək öd kisəsinə toplanır. Hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir.


Burundakı "artıq ətdən" əməliyyatsız necə xilas olmalı?
Herba Flora / Məqalələr

 

"Artıq ət" adlandırılan poliplər burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir. Daha çox əhalinin yetkin qismi arasında yayılmış bir patologiya olsa da, poliplər çox böyüyüb nəfəsalmada problem törədəndə aşkar edilir.

 

Belə hipertrofiyaların böyüməsi bir neçə mərhələdə gedir. İlkin stadiyada ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir.


Quru saçları canlandırmağın TƏBİİ YOLLARI
Herba Flora / Məqalələr

 

Saçlarda quruluğa səbəb olan amillər:

  • Ətraf mühit - günəş şüaları, havanın tərkibində olan kimyəvi maddələr, qazlar, yağış, tozlu külək;
  • Tez-tez yuma və boyama, burma, düzləşdirmə üçün istifadə edilən kimyəvi maddələrlə təmas nəticəsində qidalandırıcı və qoruyucu rol oynayan təbii yağların azalması;

"Qulunc" olan zaman NƏ ETMƏLİ?
Herba Flora / Məqalələr

 

"Qulunc" – miozit hər hansı səbəbdən skelet əzələlərində baş verən iltihabi prosesdir və həmin prosesdə bir və ya bir neçə əzələ qrupu iştirak edir.

 

Bir çox nahiyənin əzələlərində müşahidə olunsa da, daha çox onurğanın boyun, kürək və bel hissələrində baş verir. İltihablaşan nahiyəyə əllə toxunma və hərəkət zamanı yaranan sızıltılı ağrılar və temperaturun yüksəlməsi müşahidə edilir.

 


DAMARLARI TƏMİZLƏYƏN və ŞƏKƏRİ SALAN ən faydalı tərəvəz
Herba Flora / Məqalələr

 

Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb. Qədim Misirlilərin də sarımsaqla qidalandıqları və ondan dərman kimi istifadə etdikləri barədə məlumatlar var. Tarixi mənbələrdə misir piramidləri inşa edilərkən Firon Xeopsun işçilərə çoxlu sarımsaq yedirtdiyi barədə bilgilər tapılıb.

Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan da Avropaya yayılıb.


Mədə qıcqırmasının TƏBİİ MÜALİCƏSİ
Herba Flora / Məqalələr

 

Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır. Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.

 

Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.


Körpə DİŞ çıxaranda...
Herba Flora / Məqalələr

 

Dişlərin mayası bətndaxili inkişafın 5-6-cı həftələrində qoyulmağa başlayır və bu zaman birincili epidermal səhfə və ya diş lövhəsi şəklində olur. Hamiləliyin birinci trimestrində ananın sağlamlığı dişin gələcək inkişafı üçün çox vacibdir. Həmin aylarda baş verən ürəkbulanma və qusmalar nəticəsində yaranan mineral itkisi mübadilənin pozulmasına, dölün formalaşmaqda olan dişlərində bir sıra problemlərin yaranmasına səbəb olur.

 

Artıq bətndaxili inkişafın səkkizinci həftəsində diş lövhəsinin yerində diş tumurcuğu əmələ gəlir. Bu, diş torbacığı, diş məməciyi və emal orqandan ibarət gələcək süd dişləridir. Formalaşma onuncu həftədə tamamlanmalıdır. Həmin dövrdə yaranan hər hans


QRİP zənn etdiyimiz xəstəlik
Herba Flora / Məqalələr

 

Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq “qrip” adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir.

 

Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

 


Diş ağrısına TƏBİİ ÇARƏ
Herba Flora / Məqalələr

 

Diş ağrısı dişin bərk toxumalarının zədələnməsi nəticəsində yaranır. Güclü diş ağrısı nəinki əhvalın pozulmasına, həm də iş qabiliyyətinin aşağı düşməsinə, qidalanma və yuxu rejiminin pozulmasına səbəb olur.

 

Diş ağrısının əsas səbəbləri – kariyes, pulpit, parodontit kimi diş və diş əti xəstəlikləridir. Həmçinin diş çatları, dentin təbəqəsinin açıq qalması və yaxşı müalicə olunmamış dişlər də ağrı törədə bilir. Təkcə diş xəstəlikləri deyil, haymor ciblərinin iltihabı zamanı da ağrı dişlərə yayılır.

 

Diş ağrısı kəskin, döyünən, intensiv, daimi, sızıltılı və tutmaşəkilli ola bilər. Əsasən axşam və gecə saatlarında baş verən kəskin ağrının səbəbi əksər hallarda pulpit olur







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem