Məhsullar

Fitoton Naftalan Qətransız Şampun

Aktiv komponentlər:
Fitoton Naflalan şampunu tərkibində olan təbii qətransız Naftalan yağı sayəsində baş dərisinin iltihabını aradan qaldırır, qıcıqlanma və qaşınma əlamətlərini azaldır, damarları genişləndirərək baş dərisinin qan dövranını və trofikasını yaxşılaşdırır, saç tökülməsini azaldır. Naften karbohidrogenləri dəridə regenerasiya və epiteli­zasiya proseslərini normallaşdıraraq keratozun və kəpək­lən­mənin qarşısını alır. Antibakterial təsiri sayəsində dəridə mikroorqanizmlərin inkişafını ləngidir, baş dərisində piy vəzilərinin işini tənzimləyir,
saç diblərində yağlan­manın qarşısını alır.

İstifadə qaydası:
Nəm saçlara çəkilir və 5 dəqiqə ər­zində saçlara masaj edilir. İlıq su ilə durulanır. Saçlara qulluq üçün mütəmadi istifadə oluna bilər.
Yalnız xaricə istifadə üçün nəzərdə tutul­muşdur.
Bütün saç növləri üçün.

Əks göstərişlər:
Komponent tərkibinə qarşı yüksək həssaslıq.

Tərkibi:
Aqua, Sodium laureth sulfate, Naphtalan oil (yellow), Polysorbate 80, Cocamidopropyl betain, Cocamide DEA, Glycerin, Sodium chloride, PEG-150 Pentaerythrityl Tetrastearate, PPG-2 Hydroxyethyl Cocamide, DMDM hydantoin, Citric acid, Tetrasodium EDTA.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar