Bişməcələr

Bişməcələr

Bişməcələr yay aylarında ən geniş yayılmış problemlərdəndir. Bəzən qışda da bişməcələrlə rastlaşırıq. Yaşlı, xüsusən də kök insanlarda yay aylarında bişməcələrə qışa nisbətən daha çox təsadüf edilir. Bu da onların çox tərləmələri ilə əlaqədar bədənlərinin müxtəlif nahiyələrində məsələn, kişilərdə sağrı-bud, qolaltı, qadınlarda sağrı-bud, qolaltı və süd vəzilərinin altında bişməcələrin əmələ gəlməsinə gətirib çıxarır. Böyüklərin dərisi yaxşı inkişaf etdiyi və baryer funksiyası güclü olduğu üçün qış aylarında onlarda bişməcələrə demək olar ki, rast gəlinmir. Yayda həddən artıq tərləmə və tərlə çoxlu miqdarda ifraz olunmuş mikroelementlər və duzlar dəridə bir müddət qaldıqda onun səthində aşınmaya, səpgilərin əmələ gəlməsinə və bişməcələrə səbəb olur.

Uşaqlarda bişməcələr

Uşaqların dərisi çox zərif və baryer funksiyası nisbətən zəif olduğu üçün onların dərisində aşınmalar, səpgi və bişməcələrə həm qış, həm də yay aylarında təsadüf olunur. Uşaqlarda bişməcənin əsas səbəbi qeyri-düzgün qulluqdan və geyim tərzindən çox asılıdır. Aydın məsələdir ki, qışda havaların sərin olması ilə əlaqədar tərləmə də olmur. Bəs səbəb nədir ki, çox zaman bir yaşa qədər uşaqlarda dəri büküşlərində (boğazın altı, qoltuqaltı, sağrı nahiyəsi və s.) dərinin aşınması baş verir. Bu, səpgi yox, iltihabi proses nəticəsində dərinin tamlığının pozulmasıdır ki, əgər vaxtında müalicə olunmazsa, sepsislə nəticələnə bilər. Bu da uşağın həyatını böyük risk altında qoymaq deməkdir.

Bişməcələrin yarandığı nahiyələr hanslıardır?

Bir yaşa qədər uşaqlarda boyun nahiyəsi qısa olduğu üçün daim axan ağız suyu uşağın boğazının dərisini nəm saxlayır, sinənin və çənənin nəm dərisi uzun müddət bir-birinə təmas etdiyi üçün dərinin tamlığı pozulur və aşınma baş verir. Bu baxımdan analar diqqətli olmalı, körpə və erkən yaşlı uşaqlara qulluq edərkən tez-tez uşaqları çimizdirməli, yay aylarında bunu gündə iki dəfə etmək daha məqsədəuyğundur. Gün ərzində ən azı iki-üç dəfə uşağın bütün büküşləri, həmçinin boğazının altı silinməlidir. Həm qış, həm də yay aylarında uşaqların sağrı nahiyələrində bişməcələrin əmələ gəlməsinin əsas səbəblərindən biri də uşaq bezləri və onların qeyri-düzgün istifadəsidir. Demək olar ki, indi bütün analar körpələri üçün birdəfəlik uşaq bezlərindən istifadə edirlər. Bu bezlər anaların əziyyətini azaltdığı üçün çox az ana onun zərərləri barədə düşünür.

Bir zamanlar bu uşaq bezlərini sadə pambıq bezlər əvəz edirdi. Sadə pambıq bezlər gigiyenik cəhətdən daha keyfiyyətlidir, çünki bu bezlər zərif uşaq dərisini daha quru saxlayır. Mütəxəssislərin apardığı araşdırmalara görə, hazırkı uşaq bezləri xlorla ağardılır ki, həm kimyəvi işlənmənin, həm də bezin sintetik materialının təsiri tez bir zamanda zərif uşaq dərisinə öz mənfi effektini göstərir. Həftənin yeddi günü, günün iyirmi dörd saatı bu mənfi təsirə məruz qalan uşaq dərisində səpgilər, bişməcələr, eroziyalar əmələ gəlir. Xüsusilə yay aylarında bezlər uşaq dərisinin havalanmasının qarşısını alır, onu isti və nəm saxlayır. Nəticədə isə arzuolunmaz hallar baş verir.

Bişməcə əleyhinə vasitə

Bişməcələr qırmızı səpgi, ekssudativ yara və eroziyalar şəklində olmaqla yanaşı qaşınmalarla da müşayiət olunur ki, bu da uşaqlarda yuxu və əsəb sisteminin ciddi pozulmalarına gətirib çıxarır. Belə hallarla rastlaşan analar uşaqların qulluğunu düzgün təşkil etməli, onların gigiyenasına diqqət yetirməli və bezlərini vaxtı-vaxtında dəyişdirməlidirlər. Sadalanan dəri zədələnmələri (səpgi, qızartı, eroziya, ekssudativ yara və dəri aşınmaları) baş verərsə, yatıqqanqalotu, bənövşə otu, qaraqınıq otu, gicitkən yarpağı, aptek çobanyastığı, çöl qatırquyruğu otu, pişikotu kökü, kəklikotu otu və şirin biyan kökü kimi bitkilərdən istifadə etmək çox faydalıdır. Teader çayının dəmləməsi ilə vannalar xüsusi əhəmiyyətə malikdir. Bu bitkilərdən dəmləmə şəklində həm daxilə qəbul etmək, həm də vanna etmək məsləhətlidir. Bişməcə əleyhinə Fitooil uşaq kreminin rolunu xüsusi vurğulamaq istərdim.

https://fizulihuseynov.com/

https://herba-flora.com