Məhsullar

Teartroz çayi (duzlaşma əleyhinə çay)

Tərkibi:İşlədici murdarça meyvəsi, itburnu meyvəsi, zirə meyvəsi, razyana meyvəsi, yemişan meyvəsi, aptek çobanyastığı çiçəyi, solmazçiçəyi çiçəyi, qızılçətir otu, boymadərən otu, üçbölümlü yatıqqanqal otu, dazıotu otu, damotu otu, mərcangilə yarpağı, ayıqulağı yarpağı, istiotlu nanə yarpağı, gicitkən yarpağı, kövrək murdarça qabığı, dərman pişikotu kökü.

Farmakoloji təsiri: Çay maddələr mübadiləsini tənzimləyir, sümük və qığırdaq toxumasında degenerativ dəyişikliklərin qarşısını alır və onların strukturunu yaxşılaşdırır. Sidikqovucu təsir edərək sidik turşusu duzlarının, sidik cövhəri və mineralların ekskresiyasını sürətləndirir. Eyni zamanda ödqovucu və zəif işlədici təsir göstərir, öd turşusu duzlarının, qeyri-üzvi duzların və xolesterinin xaric olmasını təmin edir. Güclü iltihab əleyhinə təsir göstərərək oynaqlarda olan iltihabi əlamətləri (qızartı, şişkinlik, ağrı) azaldır.

İstifadəsinə göstəriş:

  • Artrozlar (koksartroz, qonartroz, xırda oynaqların artrozları)
  • Osteoxondroz,
  • Deformasiyaedici osteoartroz
  • Podaqra
  • Revmatik artritlər
  • Radikulit

Əks göstərişlər: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, isti və qaranlıq yerdə 12 saat saxlanılır. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Müalicə müddəti 1 aydır. 2 həftəlik fasilədən sonra təkrar qəbul oluna bilər. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün şəkər əlavə etmək olar. Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.

Buraxılış forması: 25 filtr-bağlama.

 

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Müasir dövrdə hər kəsin yaşadığı passiv və oturaq həyat tərzi sözsüz ki, fəsadsız ötüşmür. Xüsusən ortayaşlı və yaşlı insanların televizor, gənclərin isə kompüter qarşısında saatlarla əyləşməsi, texnologiyanın yüksək inkişafı ilə bağlı işlərin avtomatlaşdırılması bir yandan maddələr mübadiləsinin pozulmasına, digər tərəfdən də oynaqların uzun müddət hərəkətsiz qalmasına  və duzlaşma kimi problemə səbəb olur. Həmçinin əhalinin böyük əksəriyyətinin əziyyət çəkdiyi artıq çəki problemi də oynaqlara düşən yükü artırır. Nəticədə oynaq qan dövranı zəifləyir, sinovial mayenin miqdarı və keyfiyyəti azalır, qığırdaqların strukturu pozulur. Nəticədə osteoxondroz və artroz kimi xəstəliklər inkişaf edir. İnsanlar arasında boyun, bel, diz və topuq oynaqlarında ağrılar, hərəkətin məhdudlaşması kimi şikayətlər çoxalır.

Nəzərə alsaq ki, oynaqların degenerasiyası uzunsürən və gec bərpa olunan bir prosesdir, həmin dərman vasitələri xəstələrin vəziyyətini müvəqqəti olaraq yaxşılaşdırır. Soyuq havalarda tez-tez kəskinləşən xəstəliklər arasında osteoxondroz da özünəməxsus yer tutur. Xəstələr baş ağrısından, boyunda ağrıdan, başgicəllənməsindən, bəzən də başda və ya qulaqlarda küydən şikayətlənir. Osteoxondrozun müalicəsində dərman bitkiləri çox qədimdən istifadə olunur, həm də onların təsiri danılmazdır. Sizə qısa zamanda ağrını götürməklə yanaşı, xəstəliyin tez-tez kəskinləşməsinin də qarşısını alan bir məhsul

Teartroz çay təsiri

Herba Flora şirkətinin istehsal etdiyi Teartroz çayı oynaq patologiyalarında həkimin yazdığı kompleks müalicənin effektini artırır və remissiya (sakitləşmə) dövrünü uzadır.
Teartroz çayını qəbul etməklə siz bir neçə effekti birdən almış olacaqsınız. Belə ki, Teartrozun tərkibində olan boymadərən otu, dazıotu, aptek çobanyastığı çiçəyi, damotu, nanə kimi bitkilər oynaqlarda olan ağrını azaltmaqla bərabər, iltihabı və şişkinliyi də azaldır. Eyni zamanda sakitləşdirici  və duzlaşma əleyhinə effekt verir. Qığırdaq strukturunun dağılmasının əsas səbəbinin oynaq mayesinin azalması və tərkibinin dəyişməsi olduğunu nəzərə alaraq Teartrozun tərkibinə oynağın qan dövranını yaxşılaşdıran, sinovial mayenin miqdarını artıran, onun tərkibini və özlülüyünü normallaşdıran bitkilər də əlavə olunub. Məsələn qızılçətir otu, yemişan və itburnu meyvələri belə təsirə malikdir. Teartroz çayının təsir spektri o qədər genişdir ki, ağrı və iltihab kimi simptomları aradan qaldırmaqla məhdudlaşmır. Xüsusilə vurğulamaq istərdik ki, metabolizmi tənzimləyərək oynaq xəstəliklərinin əsas səbəbini aradan qaldırır. Bunu solmazçiçəyi, boymadərən, itburnu kimi ödqovucu, mərcangilə, ayıqulağı, zirə və razyana kimi sidikqovucu, həmçinin işlədici murdarça meyvəsi, kövrək murdarça qabığı, qızılçətir otu kimi yüngül işlədici təsirli bitkilərin hesabına edir.
Teartroz çayı oynaq xəstəliklərinin təkcə əlamətlərini deyil, səbəbini də aradan qaldırır. Onu istənilən xondroprotektor preparatla kombin edib və ya tək halda qəbul edə bilərsiniz.

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar