Polen allergiyası

Polen allergiyası

Hər gün bədənimiz burun boşluğu xəstəliklərini yaradan müxtəlif qıcıqlandırıcı faktorlarla qarşılaşır. Çox görülən problemlərdən biri burun tutulmasıdır. Burun tutulması bir sıra səbəblərə görə baş verir. Ən çox polen allergiyası nəticəsində müşahidə olunur. Polen allergiyası zamanı müalicə prosesini mümkün qədər tez başlamaq vacibdir, çünki çox vaxt hətta ən zərərsiz simptomlar belə ciddi xəstəliklərə səbəb ola bilir. Belə xəstəliklərə allergik rinit, sinusit, allergik bronxit, bronxial astma və allergik konyuktiviti misal göstərmək olar. Müxtəlif maddələr və ya amillər bədəndə qıcıqlandırıcı kimi çıxış edə bilər – bütün bunlar genetik meyldən və immun sistemin gücündən asılıdır. Polen allergiyası çiçək tozlarının tənəffüs sistemi vasitəsilə (inhalyasiya yolu ilə) orqanizmə daxil olması nəticəsində yaranır. Xəstəliyin ilk mərhələsində bir insan tez-tez asqırır və burundan nəfəs alma çətinləşir. Burun tutulması bol selikli sekresiya və burun boşluğunda narahatlıq hissi ilə müşayiət olunur. Bundan əlavə, polenlə allergik reaksiyalar burun dərisinin qaşınması və yanması, öskürək, nəfəs darlığı, burun dərisində qızartı, həmçinin dodaqların, üzün, boyunun şişməsi, ürəkbulanma, ürək yanması, qusma və digər dispeptik pozulmalar kimi bir sıra simptomlarla özünü göstərə bilər.

Polen allergiyasının müalicəsi

Allergik rinitin müalicəsinə dərhal başlamaq vacibdir. Əks halda, qıcıqlandırıcı maddələr bronxospazm və kvinke ödemi kimi ağır patologiyalara qədər gətirib çıxara bilər. Bu ağırlaşmalar həyat üçün təhlükə yarada bilər. Yalnız xoşagəlməz simptomların aradan qaldırılmasına və rifahın yaxşılaşdırılmasına yönəldiləcək kompleks terapiya, polen allergiyası zamanı burun tutulmasından xilas olmağa kömək edir. Özünüzə zərər vermədən burun tutulmasını aradan qaldırmaq və digər simptomların qarşısını almaq üçün mütəxəssislə məsləhətləşməlisiniz. Qıcıqlandırıcının təsirindən qorunduqdan sonra xəstəliyin qalıq simptomlarından xilas olmaq mütləqdir. Bunun üçün, ilk növbədə, böyüklər və uşaqlar üçün antihistaminlərdən istifadə edirlər. Bu cür vasitələr burun tutulmasını aradan qaldırır, selikli qişanın şişkinliyini, qaşınma və digər xoşagəlməz əlamətləri aradan qaldırır, sərbəst nəfəs almağa imkan verir.

Polen allergiyasının və onun yaratdığı fəsadları aradan qaldırmaq üçün Herba Flora şirkətinin Teader çayını təklif edirik. Teader çayının tərkibində olan bitkilərin əksəriyyəti – yatıqqanqal otu, bənövşə otu, qaraqınıq otu, çobanyastığı çiçəyi, çöl qatırquyruğu otu, şirin biyan kökü – güclü antiallergik, iltihab əleyhinə təsir göstərərək polen allergiyasının simptomlarını aradan qaldırır. Sonda qeyd etmək lazımdır ki, allergik fonda baş verən şiddətli burun tutulmasının səbəbi həmişə müstəqil olaraq müəyyən edilə bilməz. Yalnız öz sağlamlığına məsuliyyətli və diqqətli yanaşma mümkün ciddi nəticələrin qarşısını almağa kömək edəcəkdir. Xəstəliyin qarşısının alınması və vaxtında diaqnozun qoyulması vacibliyini unutmaq olmaz. Bu, artıq mövcud allergik təzahürlərdən xilas olmaq, həmçinin ağırlaşmaların inkişafının qarşısını almağa kömək edəcəkdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com