Miqren nədir? Miqrenin əmələ gəlmə səbəbi və növləri

Mündəricat

Miqren nədir?

Baş ağrılarının növləri olduqca müxtəlifdir. Birincili və ikincili olmaqla baş ağrıları iki qrupa bölünür. Bu gün birincili baş ağrılarına aid olan miqren haqqında danışacağıq. O, baş ağrılarına kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Miqrenin əmələ gəlmə səbəbi nədir?

Miqrenin əmələ gəlmə səbəbi beyin damarlarının endotelial qatından serotonin, bradikinin, histamin, prostaqlandin kimi mediatorların, K ionları və protonların sintezinin artması və parasimpatik sinirdəki xemoreseptorların qıcıqlanmasıdır. Qıcıqlanma nəticəsində sinir uclarından neyrotransmitterlər və ya neyromediatorlar ifraz olunaraq damar divarında neyrogen aseptik iltihab yaradır.

Neyrogen aseptik iltihab nəticəsində nosiseptik informasiya yaranır. Bu proseslər beyinin sərt qişasında yerləşən intrakraniyal damarlarda baş verir. Mərkəzi sensibilizasiya miqren tutmasında bir saat ərzində inkişaf edir, hiperalgeziya daha da güclü olur. Və baş ağrıları dörd saatdan üç sutkayadək davam edir. Bu müddət miqreni digər baş ağrılarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Miqren növləri

Miqren baş ağrıları aurasız, auralı, xroniki və miqren statusu olmaqla bir neçə cür olur:

  1. Aurasız miqrenin əsas simptomları ağrının bir tərəfli olması, döyünən xarakterli olması, çox şiddətli olması və fiziki aktivlikdən sonra başlamasıdır. Auralı növ diaqnozunu qoymaq üçün ən azı iki tutma və ya üç tutmanın olması və prosesin tam geri dönən olması şərtdir. Auralı miqren termini baş ağrılarının başlamasından qısa müddət əvvəl və ya ağrı müddətində ortaya çıxan nevroloji əlamətlərin nəzərə çatdırılması üçün istifadə olunur. Miqren baş ağrıları olan insanların 25-30% də auralı növü müşahidə olunur.
  2. Auralı miqren beş dəqiqə müddətində tədricən başlayır, iki və daha artıq simptom ardıcıl olaraq təzahür edir və hər simptom 5-60 dəqiqə davam edir.
  3. Tutmalar üç ayda azı on beş gün davam edərsə xroniki hal haqqında düşünmək lazımdır.
  4. Baş ağrıları əgər yetmiş iki saatdan çox davam edərsə, bu miqren statusu adlanır. Və başlamasına səbəb saç darayarkən, gicgah arteriyasına toxunarkən, köhnə çapıq yerlərində hiperalgeziyanın olması, alın, gicgah və göz nahiyəsi dərisinin hiperesteziyalı olmasıdır. Onu qıcıqlandıran digər faktorlara duzlu, istiotlu və sirkəli şorabalar, soyuqdəymə, acı qidalar və stress də daxildir. İnsanlar arasında onun baş ağrılarının rastgəlmə tezliyində irsiyətin rolu böyükdür.

 

Bu xəstəliyin  müalicəsində Herba Flora şirkətinin təbii Serebratea çayını kompleks müalicə ilə yanaşı təyin etmək tövsiyyə olunur. Tərkibindəki ginkqo biloba yarpaqları qandurulaşdırıcı olmaqla yanaşı həm də beyin toxumasının oksigenizasiyasını sürətləndirir. Sedat10 kapsullar, Florelax, Sedativ çaylarıNevronat şərbəti də sakitləşdirici vasitə kimi miqren baş ağrılarının müalicəsinə müsbət təsir göstərir.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız