Sedati̇v Çay

Sakitləşdirici çay

Tərkibi:
Dərman pişikotu kökü, beşdilimli damotu otu, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.

İstifadəsi:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Yuxusuzluqda 3 filtr-bağlama 200 ml (1 stəkan) qaynar suda 15 dəq. dəmlənir, yatmazdan 1 saat əvvəl daxilə qəbul edilir.
Çayın dəmləməsindən körpələr üçün vanna şəklində istifadə etmək olar.
Qəbul müddəti 30 gündür.

Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.

Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.
Saxlanma müddəti 2 ildir.

100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com

TŞ AZ 1400297541.002-2019

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Sedativ – Bir fincan çayla gələn təbii rahatlıq!

Pişikotu kökü, damotu otu, mayasarmaşığı qozası və istiotlu nanə yarpağı ilə hazırlanan Sedativ çay, sinirləri sakitləşdirir, yuxu rejimini normallaşdırır və orqanizmin ehtiyacı olan balansı bərpa edir. Həmçinin gərginlik, narahatlıq, qorxu və emosional stress hissini azaldır. Hər qurtumunda təbii rahatlıq hiss edilir.

Əsas təsiredici maddələr:

Dərman Pişikotu (Valeriana officinalis) kökü: efir yağları (bornil asetat, borneol, kamfen), seskviterpen turşuları (valerian və izovalerian turşusu).
Beşdilimli damotu (Leonurus quinquelobatus) otu: alkaloidlər (qindarin, staxidrin), flavonoid qlikozidləri (rutin, kversetin, hiperozid, apigenin), iridoid qlikozidləri.
Mayasarmaşığı (Humulus lupulus) qozası: efir yağları (humulen, mircen), acı maddələr (lupulin, humulon, lupulon), flavonoidlər.
İstiotlu nanə (Mentha piperita) yarpağı: efir yağları (mentol, menton, puleqon), flavonoidlər, mürəkkəb efirlər, üzvi turşular.

Sedativ çayın faydaları:

  • Sinir gərginliyinin və stressin azaldılması: gərginlik, narahatlıq, qorxu və emosional stress hissini azaltmağa kömək edir və mərkəzi sinir sisteminin oyanıqlığını tənzimləyir.
  • Yuxu rejiminin normallaşdırılması: mayasarmaşığı qozası və pişikotunun sinergik təsiri yuxuya getməni asanlaşdırır, yuxunun keyfiyyətini və dərinliyini artırır. Gecə oyanmalarının qarşısını almağa yardımçı olur.
  • Ürək-damar sisteminin təbii dəstəklənməsi: damotunun tərkibində olan zəngin alkaloid və flavonoid kompleksi gərginlik zamanı ürək fəaliyyətini qoruyur və qan təzyiqinin normal fizioloji həddə qalmasına kömək edir.
  • Həzm sisteminin sinir mənşəli gərginlikdən qorunması: emosional stress və həyəcan zamanı mədə-bağırsaq traktında yaranan funksional narahatlıqların (mədədə yaranan sıxıntı, köp və sancı hissinin) aradan qaldırılmasına dəstək olur.

Sedativ çay kimlər üçün uyğundur?

Yüksək stress və emosional gərginlik yaşayanlar:

Gündəlik həyatda, işdə və ya təhsildə tez-tez gərginlik, narahatlıq, həyəcan və əsassız qorxu hissi keçirən şəxslər üçün.

Yuxu pozulmasından əziyyət çəkənlər:

Gec yuxuya gedən, yuxunun keyfiyyəti aşağı olan, gecələr tez-tez oyanan və səhərlər özünü yorğun hiss edənlər üçün.

Sinir mənşəli ürəkdöyünməsi olanlar:

Stress və emosional dalğalanmalar zamanı ürək fəaliyyətində ritm pozulması (sürətli döyüntü) və narahatlıq hiss edən şəxslər üçün.

Sinir gərginliyi fonunda təzyiq stabilliyinə dəstək axtaranlar üçün:

Emosional gərginlik zamanı təzyiqin fizioloji normalar daxilində qalmasına və sinir sisteminin sakitləşməsinə kömək etmək üçün.

Sinir mənşəli mədə-bağırsaq diskomfortu və spazmları olanlar üçün:

Gərginlik, həyəcan və emosional stress zamanı həzm sistemində yaranan funksional spazmların yüngülləşməsinə və həzm traktının saya əzələlərinin rahatlamasına kömək etmək məqsədilə.

Əlaqəli bloq yazıları:

Panik atak və səbəbləri? Panik atak zamanı nə etməli?

Oxşar Məhsullar