UDİ HİNDİ oduncağı
Tərkibi:
Seskviterpen və xromon formalı terpenoidlər, kadinanlar, valenkanlar, qvayanlar, sadə uçucu aromatik birləşmələr.
Göstərişləri:
Bakteriyaların fəaliyyətinə və çoxalmasına ləngidici təsir göstərir, faringit və anginalarda antiseptik vasitə kimi istifadə olunur. Həzm fermentlərinin ifrazını və bağırsaqların peristaltikasını tənzimləyir, ishalın qarşısını alır, iştahanı və həzmi yaxşılaşdırır. Böyrəklərdə və sidik yollarında olan iltihabı azaldır. Qanda qlükoza səviyyəsini tənzimləyir. Kişilərdə cinsi qabiliyyəti artırır.
İstifadəsi:
Bir çay qaşığı xammal 200 ml (1 stəkan) qaynar suda dəmlənir, soyudulur, gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə oluna bilər.
Uzun müddət qəbul oluna bilər.