Məhsullar

Palıd Qabığı

Tərkib:
Palıd qabığının tərkibi 10-20% piroqal qrupundan olan aşı maddə­ləri, həmçinin 1,6%-ə qədər sərbəst qall və ellaq turşuları, 14%-ə qədər pentozanlar, 6%-ə qədər pektin, kversetin flavonoidi, triter­pen və robur turşuları ilə zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 30 dəq. dəmlənir, 10 dəqiqə soyudulur, süzülür. Qarqara şəklində gündə 8-10 dəfə tətbiq olunur. Həmçinin yaraların yuyulması və imalə üçün istifadə oluna bilər.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Uzun illərdən bəri xalq təbabətində palıd qabığı geniş istifadə olunur. Fiziki olaraq palıd qabığı çox sərt və qalındır. Təbiətdə bəzi böcək və kiçik heyvanların sığınacağı kimi, həmçinin mebel sənayesində və dekorativ məqsədlərlə də istifadə edilir.

Ağız Boşluğu Sağlamlığında Palıd Qabığının Rolu

Palıd qabığının tərkibi tanninlər, flavonoidlər və digər antioksidant maddələr ilə zəngindir. Bu maddələr orqanizmə antiseptik, dezinfeksiyaedici, İltihab əleyhinə, büzücü, regenerasiyaedici təsir göstərir. Palıd qabığı ağız boşluğu, dişəti və boğazın iltihabi xəstəlikləri zamanı iltihabı azaldır, qanamaların qarşısını alır, yara və xoraların sağalmasını tezləşdirir. Dişlərdə kariyes, həmçinin tonzillit və qurd xəstəlikləri zamanı ağızdan xoşağəlməz qoxunu aradan qaldırır.

Palıd qabığının tərkibində tannin maddəsi vardır. Bu da bağırsaqların selikli qişasında zülallarla birləşərək qoruyucu qat əmələ gətirir. Bağırsaq infeksiyaları, intoksikasiyalar zamanı toksinlərin, zərərli maddələrin bağırsaq divarından qana sorulmasının qarşısını alır. Büzücü effekt verərək bağırsaqlar tərəfindən suyun və elektrolitlərin itirilməsini önləyir. İshalı dayandırır, stulun normal formalaşmasını təmin edir. Onu da qeyd etmək lazımdır ki, palıd qabığından hazırlanmış dəmləmələr ishalla yanaşı mədə ağrıları, bağırsaq koliklərinin azalmasına kömək edir.

Palıd Qabığı və Müalicəvi Xüsusiyyətləri

Antibakterial, iltihab əleyhinə xüsusiyyətləri dəridəki qıcıqlanmaları və iltihabları aradan qaldırmağa kömək edir. Dəri səthində qan dövranını yaxşılaşdıraraq tamlığı pozulmuş nahiyələrdə kiçik kəsik, sıyrıntı sahələrinin bərpasını və tez bir zamanda sağalmasını təmin edir. Dəri xəstəliklərindən ekzema və sızanaqlarda istifadə edilə bilər. Allergik mənşəli dəri xəstəlikləri zamanı dezinfeksiya məqsədilə istifadə edilir.

Palıd qabığı detoksikasiya xüsusiyyətinə malikdir və orqanizmdə yığılmış ağır metal duzları, şlak və toksinlərin xaric olmasına kömək edir. Bu isə qaraciyər və böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Palıd qabığı flavonoidlər və digər maddələr hesabına bədənin sərbəst radikallara qarşı müqavimətini artırır. Bu proses hüceyrə zədələnməsinin qarşısını alır və erkən yaşlanmanı ləngidir. Palıd qabığı qan dövranını yaxşılaşdırır, ürək-damar sistemi üçün faydalıdır. Arterial təzyiqi tənzimləyir, ürəyin artıq yüklənməsinin qarşısını alır. Qadınlarda kiçik çanağın infeksion-iltihabi xəstəliklərində istifadə olunur.

  • “Herba Flora” şirkəti palıd qabığı ilə zənginləşdirilmiş Qastren çayı, Lorosept spreyi və eyni adlı qarqara üçün məhlul istehsal edir. Qastren çayı ishal və qusma ilə müşayiət olunan müxtəlif mənşəli xəstəliklərdə, həmçinin dizenteriya, salmanelyoz kimi bağırsaq infeksiyalarında dərhal öz təsirini göstərir. İlk növbədə iltihab əleyhinə effekt verərək bağırsaqlarda ağrı və sancının qarşısını alır. Bundan əlavə xəstəlik törədən mikrobların inkişafını ləngidir, faydalı bakteriyaların artıb-çoxalması üçün şərait yaradır. Bədəndən maye və mineral maddələrin itkisini tez bir zamanda dayandırır, su və duz mübadiləsini tənzimləyir. Lorosept isə ağız boğluğu və boğazın infeksion-iltihabi xəstəlikləri zamanı çox effektlidir!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar