Məhsullarımız
Kapsullar
İnsul10
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Bir kapsulun tərkibi: Adi Lobya (Phaseolus vulgaris) qınının quru ekstraktı – 39 mq; Avropa Zeytunu (Olea europea) yarpağının quru ekstraktı – 50 mq; Adi Qaragilə (Vaccinum myrtillus) yarpağının quru ekstraktı – 10 mq; Berberi itüzümü (Lycium barbarum) (Goji berry) meyvəsinin quru ekstraktı – 6 mq; Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq; Ud hindi (Aquilaria agallocha) oduncağının tozu – 100 mq.
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 290 mq; kapsul örtüyü (jelatin, qliserin, su).
İstifadə qaydası:
18 yaşdan yuxarı şəxslər: gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir.
Qeyd: yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstəriş: tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
Saxlama şəraiti: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun¬maq¬la, uşaqların əli çatmayan yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-001619
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: №100 plastik flakonda, karton qutu qablaşdırmada.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü
www.herba-flora.com;
TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Qanda şəkərin normal səviyyədə qalması yalnız şirniyyatdan uzaq durmaqla məhdudlaşmır. Bunun arxasında qlükozanın toxumalar tərəfindən mənimsənilməsi, insulinə həssaslıq, enerji mübadiləsi və ümumi metabolik balans kimi bir-biri ilə əlaqəli proseslər dayanır.
Müasir həyat tərzi — az hərəkətlilik, balanssız qidalanma və artıq çəki — bu tarazlığın pozulması riskini artıra bilər. Bu səbəbdən metabolik sağlamlığa diqqət yalnız problem yarandıqdan sonra deyil, gündəlik həyatın bir hissəsi kimi də vacibdir.
İNSUL10 müxtəlif bitki mənşəli komponentləri bir formulda birləşdirən bioloji aktiv qida məhsuludur. Formulun əsasını zeytun yarpağı, sarıkök, lobya qını, qaragilə yarpağı, qoji giləmeyvəsi və ud hindi təşkil edir.
1. Qanda şəkərin tənzimlənməsi və mədəaltı vəzin fəaliyyəti üçün:
• Mədəaltı vəzin işini yaxşılaşdıraraq bədəndə təbii insulinin ifrazını artırmağa kömək edir.
• Tərkibindəki faydalı maddələr sayəsində hüceyrələrin şəkəri daha rahat mənimsəməsini təmin edir.
• Qanda şəkərin və xolesterinin səviyyəsini normada saxlamağa dəstək verir.
• Hüceyrələrin insulinə qarşı həssaslığını artıraraq şəkərin bədəndə düzgün istifadəsinə kömək edir.
2. Diabetin əlamətləri və maddələr mübadiləsi üçün:
• Şəkərli diabet zamanı yaranan güclü susuzluq, ağız quruluğu və tez-tez sidiyə çıxma kimi narahatlıqları azaldır.
• Karbohidrat və yağ mübadiləsini tənzimləyərək çəki nəzarətinə və piylənmənin qarşısının alınmasına kömək edir.
• Bədənin su-duz balansını qaydasında saxlamağa dəstək verir.
3. Orqanların və damarların qorunması, hüceyrə bərpası üçün:
• Qan damarlarının divarlarını möhkəmləndirir, onların zədələnməsinin və şəkərlə bağlı damar xəstəliklərinin qarşısını almağa kömək edir.
• Sinir sistemini, böyrəkləri, qaraciyəri və damarları şəkərin zərərli təsirlərindən qorumağa kömək edir.
• Toxumaların özünü bərpaetmə sürətini artırır, çətin sağalan yaraların və xoraların sağalmasına kömək edir.
• I və II tip şəkərli diabetdən əziyyət çəkənlər (kompleks müalicəyə dəstək kimi)
• İnsulin dirənci olanlar
• Diabetönü (prediabet) vəziyyətdə olan şəxslər (köməkçi vasitə kimi)
• Metabolik sindrom və maddələr mübadiləsi ləngiyən insanlar
• Artıq çəki və piylənmədən əziyyət çəkənlər (karbohidrat və yağ mübadiləsini sürətləndirmək üçün)