Description
Həzm sisteminin müxtəlif etiologiyalı patalogiyalarında qəbizlik, meteorizm, köp kimi simptomlar meydana çıxır. Qaraciyər və öd yollarının xəstəliklərində, yenidoğulmuşların disbiozunda, azhərəkətlilik və vegetativ sinir sisteminin fəaliyyətinin pozulması zamanı bağırsaqların peristaltikası zəifləyir. Həzmə uğramış qida kütlələrinin bağırsaq daxilində hərəkəti və ya daşınması ləngiyir. Vaxtında evakuasiya olunmayan möhtəviyyat çürüməyə məruz qalır və nəticədə bağırsağın mənfəzinə çoxlu qaz toplanır. Yaranmış qaz bağırsağın divarına təzyiq göstərərək sancılar törədir, bərkimiş ifrazat qalıqları isə ümumi evakuasiyanı çətinləşdirir.
Yenidoğulmuşlar arasında disbiozla bağlı olan qəbizlik hallarına tez-tez rastlanır. Belə uşaqlarda bağırsaq mikroflorası formalaşmadığı və ətraf mühitə uyğunlaşmadığı üçün meteorizm inkişaf edir ki, bu da uşağın narahatlığına, yuxu pozulmalarına, ağlamasına gətirib çıxarır. Məktəbyaşlı uşaqlar isə daima ayaqüstü və “fastfood” qidalanmaya üstünlük verdikləri üçün bağısaq problemlərinə onlarda da çox rastlanır. Herba Flora şirkətinin Prolaks kids şərbətinin tərkibində adi razyana meyvəsinin distillatı, adi ərik, adi gavalı, adi əncir meyvəsinin şirəsi vardır ki, antiseptik, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir və bağırsaqların selikli qişasında dezinfeksiyaedici effekt yaradır.
Herba Flora şirkətinin Prolaks kids şərbəti tərkibindəki bitkilər sayəsində həzm vəzilərinin sekresiyasını artırır və zəif sakitləşdirici effekt verir. Beləliklə, Prolaks kids şərbəti spazmolitik, ağrıkəsici və ödqovucu təsir göstərərək meteorizmi aradan qaldırır, bağırsaqlarda qıcqırma prosesinin və qazların əmələ gəlməsinin qarşısını alır. Həmçinin yoğun bağırsağın peristaltikasını artırmaqla yığılan qazların xaric olmasını sürətləndirir. Bundan əlavə, mədə-bağırsaq xəstəlikləri zamanı iltihabəleyhinə və antimikrob təsir göstərir. Aptek çobanyastığı, istiotlu nanə yarpağı isə mikrosirkulyasiya və regenerasiyanı təmin edərək nazik və yoğun bağırsağın selikli qişalarında xoraların sağalmasını təmin edir. Herba Flora şirkətinin Prolaks kids şərbətini uşaqlarınıza istifadə edin, yüksək effekt əldə edin!