Məhsullar

Qurdason Şərbəti

Tərkibi (100 ml):

Adi dağtərxunu (Tanacetum vulgare) çiçəyinin duru eks­traktı – 18,6 ml; adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 9,3 ml; aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 5,81 ml; çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun duru ekstraktı – 5,81 ml; şişyarpaq səna (Cassia senna) yarpağının duru ekstraktı – 5,81 ml.

Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Təbii komponentlər əsasında hazırlanan şərbət bütün növ bağırsaq hel­mintlərinə (enterobioz, askaridoz, trixosefalyoz, tenioz) öldürücü təsir göstərir, həmçinin ibtidailər (lyamblioz) zamanı effektlidir. Helmintlərin orqanizmdən xaric olunmasını sürətləndirir, bağırsaqlarda patogen mikrofloranın inkişafını zəiflədir. Helmintoz səbəbindən orqanizmin pozulmuş funksiyalarını (həzmi, iştahanı) bərpa edir, zəifləmiş immuniteti möhkəmləndirir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • Helmintozlar: enterobioz, askaridoz, trixosefalyoz, tenioz;
  • Protozoy xəstəlikləri: lyamblioz.

İstifadə qaydası:

18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl

Məhsulun 14 gündən artıq istifadəsi məqsədəuyğun deyil.

Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

18 yaşından aşağı şəxslərin istifadəsi tövsiyə olunmur.

Saxlanılması:

25C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 2 il.

Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml.

  • Reseptsiz buraxılır.
  • Dərman vasitəsi deyil.
  • Bioloji fəallığa malik qida əlavəsidir.
  • Məhsul qidanı əvəz etmir.
  • Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
  • Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
  • Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC

Azərbaycan Respublikası,

Abşeron rayonu, Qobu ŞTQ,

Güzdək yolunun üstü.

www.herba-flora.com

Sizə Sağlamlıq Arzulayırıq!

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Qurdason şərbəti.
Son dövrdə nəinki uşaqlar, hətta böyüklər arasında da qurd xəstəlikləri geniş yayılıb. Səbəblər olduqca müxtəlifdir: insanlar gigiyenik qaydalara düzgün əməl etmir, istifadə olunan qida məhsullarının yuyulması, termiki işlənməsi – bişirilməsi düzgün aparılmır və s. Bütün bunlar da qurd invaziyalarına gətirib çıxarır. Qurd invaziyaları zamanı həzm prosesi, iştaha pozulur, əsəbilik yaranır, yuxu rejimi pozulur. Qurd yumurtaları ilə yoluxma ehtimalı çox yüksək olduğu üçün istər uşaqlar, istərsə də böyüklərdə qurd problemlərinə qarşı profilaktik tədbirlər hər zaman aparılmalıdır. İstifadə olunan qurdəleyhinə kimyəvi preparatlar qaraciyərə yüksək toksiki təsir göstərir. Bütün bu problemlərin təbii yolla həlli hər zaman Herba Flora məhsullarındadır.

Herba Floranın Qurdason şərbətinin tərkibi dağtərxunu, boymadərən, zəncəfil, aptek çobanyastığı, qızılçətir, kövrək murdarça kimi dərman bitkilərindən hazırlanıb. Enterobioz, askaridoz, trixosefalyoz, tenioz kimi bütün bağırsaq helmintləri, həmçinin ibtidailər zamanı bir neçə istiqamətdən təsir edərək yüksək qurdqovucu effekt verir. Bağırsaq qurdlarına iflicedici təsir edən Qurdason şərbəti həm də onların orqanizmdən xaric olunmasını sürətləndirir. Herba Flora şirkətinin qurdqovucu şərbəti bağırsaqlarda xəstəliktörədən mikrobların da inkişafının qarşısını alır. həzmi yaxşılaşdırır, yüksək iştahaaçıcı effekt verir. Beləliklə, Qurdason şərbəti orqanizmin qurd invaziyaları səbəbindən pozulmuş bütün funksiyalarını bərpa edir. Təbii, bitki tərkibli Qurdason şərbəti enterobioz zamanı 10 gün, askaridoz və digər yumru qurdlarda 3-4 həftə, tenioz və protozoy infeksiyalarında 2 aya qədər qəbul olunmalıdır. Qurdason şərbəti için, qurdlara son deyin!

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar