Məhsullar

Bronxonat

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Tərkibi (100 ml):
Dərman gülxətmisi (Althaea officinalis root liquid extract) kökünün duru ekstraktı – 11,5 ml; İri bağayarpağı (Plantago major leaf liquid extract) yarpağının duru ekstraktı – 11,5 ml; Adi cirə (Anisum vulgare fruit distillate) meyvəsinin distillatı – 9,2 ml; Ürəkvari cökə (Tilia cordata flower liquid extract) çiçəyinin duru ekstraktı – 6,9 ml; Meşə əməköməcisi (Malva sylvestris herb liquid extract) otunun duru ekstraktı – 6,9 ml.
Köməkçi maddələr: distilled water, sucrose, citric acid (E330), pectin (E440), sodium benzoate (E211), glycerin (E422).

İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.

Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.

Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000130
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Bronxonat – Öskürəyi kəsir, bəlğəmi təmizləyir, iştahanı bərpa edir!

Bronxonat – tənəffüs yollarının sağlamlığını dəstəkləmək və öskürək kimi xoşagəlməz simptomları aradan qaldırmaq üçün xüsusi olaraq hazırlanmış, zəngin bitki tərkibli şərbətdir. Təbiətin bizə bəxş etdiyi beş güclü müalicəvi bitkinin – dərman gülxətmisi, iri bağayarpağı, adi cirə, ürəkvari cökə və meşə əməköməcisinin sinergetik təsirinə əsaslanan bu məhsul, xəstəlik zamanı orqanizmin təbii müdafiə gücünü də bərpa edir.

Əsas təsiredici maddələr:

  • Dərman gülxətmisi (Althaea officinalis): seliklər (polisaxaridlər), flavonoidlər, fenol turşuları, aşı maddələri və kumarinlər.
  • İri bağayarpağı (Plantago major): aukubin qlikozidi, flavonoidlər, seliklər, polisaxaridlər.
  • Adi cirə (Anisum vulgare): trans-anetol, estraqol, metilxavikol və yağ turşuları.
  • Ürəkvari cökə (Tilia cordata): flavonoidlər (kversetin, rutin, kempferol), efir yağları (farnezol) və üzvi turşular.
  • Meşə əməköməcisi (Malva sylvestris): seliklər, flavonoidlər (malvidin, qossipetin), tanninlər, antosianinlər.

Bronxonat şərbətinin faydaları:

  • Antiseptik və iltihab əleyhinə müdafiə: tənəffüs yollarında zərərli bakteriya və virusların çoxalmasının qarşısını almağa və yerli immuniteti gücləndirməyə kömək edir.
  • Bəlğəmgətirici və bəlğəmdurulaşdırıcı təsir: qatı və özlü bəlğəmi parçalayarak durulaşdırır, bronxların kirpikli epitelinin hərəkətini aktivləşdirir və bəlğəmin xaric olunmasını asanlaşdırır.
  • Öskürək əleyhinə ikiqat təsir: həm quru, həm də bəlğəmli öskürəkdə yardım edir.
  • İştahanın bərpası və həzmə dəstək: xəstəlik zamanı itən iştahanı təbii şəkildə geri qaytarmağa kömək edir.

Bronxonat şərbət kimlər üçün uyğundur?

  1. Qrip və ya kəskin respirator virus infeksiyasına yoluxanlar: bakteriya və virusların çoxalmasının qarşısını almaq, həmçinin yerli immuniteti gücləndirmək istəyənlər üçün.
  2. Həm quru, həm də bəlğəmli öskürəyi olanlar: öskürəyi azaltmaq və tənəffüsü asanlaşdırmaq istəyənlər üçün.
  3. Xəstəlik zamanı iştaha və enerjisi azalanlar: həzm sistemini stimullaşdırmaq, xəstəlik dönəmində itən iştahanı təbii şəkildə bərpa etmək istəyənlər üçün.
  4. Siqaret çəkənlər: tütün tüstüsü səbəbindən tənəffüs yollarında toplanmış qatı bəlğəmin bədəndən daha rahat və asan xaric olmasını istəyənlər üçün.

Əlaqəli bloq yazıları:

İmmun zəiflik nədir? İmmun sistemin zəifləməsinə nələr səbəb olur?

Oxşar Məhsullar