fbpx
Close

İmmun10 kapsul

İMMUN10
İmmunitet gücləndirici bioloji fəallığa malik qida əlavəsi

Bir kapsulun tərkibi:
Qırmızı Exinaseya (Echinacea purpurea) otunun quru ekstraktı – 40 mq; Şirin Biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun quru ekstraktı – 40 mq; İt İtburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 40 mq; Tikanlı Eleuterokokk (Eleutherococcus senticosus) kökümsovunun quru ekstraktı – 40 mq
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 240 mq; kapsul örtüyü (jelatin/gelatin, qliserin/glycerine, su/water).

Məhsulun xüsusiyyətləri:
İmmun sistemi aktivləşdirir, bakteriya, virus və göbələklərə qarşı mübarizə aparmağa yardım edir, iltihabi əlamətləri azaldır. Orqanizmdə endogen interfero­nun sintezini, qanda leykositlərin miqdarını və onların faqositar qabiliyyətini artırır. Sərbəst radikalları neytrallaşdıraraq qan və limfadan xaric edir, nəticədə hüceyrələrin qocalmasının (anti-aging effekt) və şiş hüceyrələrinin inkişafının qarşısını alır. Qızdırmanı və ağrını yüngülləşdirir. İştahanı yaxşılaşdırır, tərkibində yüksək miqdarda C vitamini (limondan 100 dəfə çox) hesabına orqanizmin infeksiyalara və ətraf mühitin zərərli təsirlərinə qarşı müdafiə qabiliyyətini yüksəldir. Tərkibindəki dəmir duzları və B qrupu vitaminləri hesabına qanyaranmanı sürətləndirir, zehni və fiziki fəaliyyəti gücləndirir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda profilaktik və yardımçı vasitə kimi istifadə olunur):
– Kəskin respirator virus infeksiyalarının müalicə və profilaktikası (o cümlədən qrip, paraqrip)
– Tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsi
– Kəskin və xroniki virus infeksiyalarının kompleks müalicə və profilaktikası (herpesvirus, rotavirus, enterovirus, Covid-19 və s.)
– Bakterial infeksiyaların kompleks müalicəsi
– Soyuqdəymə
– Müxtəlif etiologiyalı immunodefisit vəziyyətlərin kompleks müalicəsi
– Antibiotiklərlə uzunmüddətli müalicə zamanı

İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 15 gündür. Preparatın uzun müddət istifadəsi yolverilməzdir.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Digər dərmanlarla qarşılıqlı təsiri: Birlikdə istifadə zamanı immunostimulyator preparatların dozası azaldıla bilər.

Saxlama şəraiti: 250C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.
Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Category: Product ID: 8469