Bronxit.

Mündəricat

 

Bronxit bronxların selikli qişasının iltihabı xəstəliyidir. Bronxit xəstəliyinin səbəbi infeksiya, müxtəlif növ toz və digər amillərdir. Bronxların selikli qişasında iltihab əmələ gətirən infeksion amillər bakterialar və viruslardır. Buna görə də infeksion bronxitlər bakterial mənşəli və virus mənşəli olmaqla iki qrupa bölünürlər. Bir sıra amillər və toksiki maddələr də bronxit xəstəliyini əmələ gətirirlər ki, buna da allergik bronxit deyilir. İnfeksion-allergik bronxit isə bu səbəblər birlikdə təzahür edərkən və ya biri digərinə qoşulduqda baş verir.

Bronxitin kəskin və xroniki olmaqla iki forması vardır. Kəskin bronxit traxeya-bronx ağacının selikli qişasının kəskin diffuz iltihabıdır. Bu zaman bronxial ağacın selikli qişası şişkinləşir, ödemləşir, qatı bəlğəm ifraz olunaraq selikli qişaya yapışır, traxeyanın, bronxların və bronxiolaların mənfəzini daraldır və beləliklə havanın ventilyasiyası və sərbəst tənəffüs pozulur.

Kəskin bronxiti yaradan səbəblər.

  • 1. Viruslar(qrip, paraqrip, adenovirus, rinovirus və s.)
  • 2. Bakteriya(pnevmokokk, streptokokk, stafilokokk və s.)

Bir çox hallarda göbələklər də bronxit xəstəliyini törədirlər. Xroniki bronxitdə isə kəskin bronxitə nisbətən proses yalnız bronxial ağacda yavaş gedir. Xroniki bronxitda hipersekresiya müşahidə olunmaqla yanaşı həm də bronxial ağacın özünümüdafiə və özünütəmizləmə fünksiyası pozulmuş olur. Yəni yuxarı və aşağı tənəffüs yollarının selikli qişasının baryer funksiyası zəif olur. Tozların, müxtəlif çiçək tozlarının və toksiki maddələrin törətdiyi allergik, bakteriya və virusların törəediyi infeksion bronxitlərin hər birində giriş qapısı yuxarı tənəffüs yollarıdır. Bronxitin ilk simptomu quru öskürəkdir və bu öskürək əsasən gecələr çoxalır. Xəstəliyin davametmə müddəti on dörd gündür. Quru öskürəklə başlayan xəstəlik yaş xırıltılı öskürəklə davam edir və öskürəyin xarakteri dəyişdikcə bədən hərarətinin yüksəlməsi baş verir. Bu zaman xəstədə ümumi yorğunluq, baş ağrısı da olur. Bir neçə gündən sonra bədən hərarəti düşə bilər, lakin, öskürək davam edir. Əgər hərarətin və öskürəyin azalması müşahidə olunmursa, bu o deməkdir ki, prosesə bakterial infeksiya qoşulmuşdur.

Xəstəliyə bakteriya qoşulursa, geniş vüsət alaraq daha da ağırlaşır, nəticədə öskürək aylarla uzana bilər. Belə olan hallarda bronxitin sağalması daha da uzun müddət tələb edir. Bəzən aylarla davam edir və müalicəyə tabe olmur. Belə hallarla rastlaşanda pulmonoloqa müraciət etmək məsləhətlidir. Bronx ağacında hansısa qıcıqlandırıcı səbəbin olub olmaması araşdırılmalıdır. Kəskin bronxit vaxtında və düzgün müalicə olunmazsa xroniki bronxitə, xroniki bronxit isə vaxtında və düzgün müalicə olunmazsa bronxial astmaya çevrilmə ehtimalları böyükdür. Bronxitin bütün növlərində

  • şirin biyan kökü, dəvədabanı yarpağı,
  • bağayarpağı yarpağı, kəklikotu və razyana

kimi bitkilərdən və onların yığımından ibarət çayların dəmləməsindən geniş istifadə olunur və yüksək effekt əldə edilir. Bu bitkilərin duru ekstraktlarından hazırlanmış şərbətlərin də bronxitin müalicəsində əhəmiyyəti böyükdür.

http://fizulihuseynov.com/

https://herba-flora.com

 

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.