Məhsullarımız
Şərbətlər
Renokaps Şərbət
Tərkibi:
Adi mərcangilə (Vaccinium vitis-idaea) meyvəsinin duru ekstraktı – 15 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 8 ml; İt itburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 7 ml; Ziyilli tozağacı (Betula verrucosa) yarpağının duru ekstraktı – 6 ml; Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5 ml; İkievli gicitkən (Urtica dioica) yarpağının duru ekstraktı – 5 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən sonra daxilə qəbul olunur. Qəbul müddəti 14 gündür.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25° C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Renokaps, “Herba Flora” şirkətinin istehsalı olaraq böyrək və sidik yollarının iltihabi xəstəlikləri, ən çox da böyrəyin funksional fəaliyyətinin pozulması nəticəsində sidikdə zülalın aşkarlanması zamanı praktiki effekti yüksək olan təbii şərbətdir. Təbii bitkilərdən hazırlanmış Renokaps şərbəti böyrəklərin filtrasiya qabiliyyətini yaxşılaşdırır. Renokaps şərbətinin hədəf orqanı böyrəkdir. Bu şərbət şəkərli diabet xəstələrindən başqa hər kəsə, uşaqlara, böyüklərə, hətta hamilə qadınlara da tövsiyə olunur.
Tərkibi təbii olduğu üçün həkimlər tərəfindən hamilə qadınlara tövsiyyə olunan ideal seçim preparatıdır. Hamiləlik zamanı qadının bütün orqan və sistemləri güclü yükləmələrə məruz qalır və ürək-damar sistemi, qalxanvari vəz, qaraciyər, böyrəklər xüsusilə yüklənir. Qadın sağlamdırsa, onun orqanizmi buna asanlıqla tab gətirir. Əks halda qadın orqanizmində müxtəlif pozulmalar baş verə bilir. Bunlardan biri sidiklə zülalın itirilməsidir. Bu hal tibdə proteinuriya adlanır.
Normal olaraq sidikdə zülal olmamalıdır. Bəzi mənbələrə görə hamiləlik zamanı zülalın hətta 0.3 q/l qədər artması fizioloji sayılır. Lakin bu zaman qadında böyrək nahiyəsində ağrılar, sidiyin rənginin və iyinin dəyişilməsi, ödemlər, təzyiqin artması kimi simptomlar olmamalıdır. Bu simptomların fonunda sidikdə zülalın kəskin artması böyrək xəstəliklərinin (qlomerulonefrit və ya pielonefrit) əlaməti ola bilər. Bütün bu problemlərin həllində həm anaya, həm də dölün orqanizminə heç bir mənfi təsiri olmayan bitki tərkibli məhsul – Renokaps şərbətidir.
Bu şərbətin tərkibi
Tərkibində olan gicitkən, tozağacı, mərcangilə yarpaqları, itburnu və razyana meyvəsi böyrək yumaqcıqlarında filtrasiyanı sürətləndirir, yumaqcıqların keçiriciliyini tənzimləyir, zülalın sidiyə keçməsinin qarşısını alır. Renokaps şərbəti məhz bu bitkilər hesabına spazmolitik, sidikqovucu effektlərə malik olub, regenerasiyanı sürətləndirir. Sidikdə müdafiə kolloidlərini yaradaraq mineral komponentlərin bir-birinə yapışmasının qarşısını alır. Gicitkən yarpağı isə K vitamini ilə zəngin olduğu üçün qaraciyərdə protrombinin əmələgəlməsini də stimulyasiya edir.
Protrombin qanın laxtalanmasını artırır, böyrək və sidik yollarında yaranmış duz kristalları və daşların böyrək və sidik kisəsinə mexaniki təsiri nəticəsində əmələ gəlmiş qansızmaların qarşısını alır, qankəsici effekt verir. Renokaps şərbətin tərkibində olan gülümbahar çiçəyinin duru ekstraktı və razyana meyvəsinin distillatı böyrək və sidik yollarına antiseptik və iltihab əleyhinə təsir edir.
Uzun illər aparılan tədqiqatlar sübut edib ki, bitkilər kimyəvi preparatlardan fərqli olaraq sidik-ifrazat sisteminə daha tez təsir göstərir. Renokaps şərbətinin həm müalicəvi bitki tərkibli olması, həm də kimyəvi uroseptik məhsullarda olmayan üstün faydalara malik olması onu uroloji aspektdən daha uğurlu edir!