HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Damotu otu

Tərkibi:
Beşdilimli damotu otunun tərkibində xolin, staxidrin, aşı maddələri, saponinlər, şəkərlər, askorbin turşusu, flavon qlikozidləri olan rutin və kvinkvelozid (tərkibi apigenin aqlikonu, d-qlükoza və n-kumar turşusundan ibarət), həmçinin A və B4 vitaminləri var.

İstifadəsi:
İki xorək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür. Gündə 2 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən 1 saat əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 günə qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Damotu çoxillik ot bitkisidir. Əsasən Yaxın Şərq, Avropa, Mərkəzi Asiya, Rusiyanın Avropa hissəsi, Qərbi Sibir və Qafqazda yetişir. Bitkinin tərkibi polisaxaridlər, üzvi turşular, aşı maddələr, alkaloidlər, karotinoidlər, askorbin turşusu, kalsium, maqnezium, dəmir, sink, manqan kimi makro- və mikroelementlərlə zəngindir.

Sakitləşdirici bitki – Damotu

Xalq təbabətində və müasir tibdə damotu daha çox sakitləşdirici vasitə kimi tanınır. Bitki sedativ effekti ilə yanaşı immuniteti gücləndirir, həzmi yaxşılaşdırır, ürək və damar sağlamlığını qoruyur, bəlğəmgətirici və sidikqovucu effekt verir. Damotu otunun tərkibindəki bioloji aktiv maddələr psixoemosional gərginlik, stress, kardionevroz, arterial hipertenziya, stenokardiya zamanı sakitləşdirici təsir göstərir. Damotunun sedativ effekti tərkibindəki monurin, staxidrin kimi komponentlərin hesabına meydana gəlir. Eksprerimentlər nəticəsində damotunun stress əleyhinə təsiri də təsdiqlənib.

Damotu otunun faydaları

Bitkinin təbii flavonoidləri orqanizmə antioksidant və ümumi möhkəmləndirici təsir göstərir. Belə ki, gün ərzində bədəndə maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır. Hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur. Bundan başqa qan damarlarının divarlarını tonuslandırır, laxtalanmanı tənzimləyir və kapilyar qan dövranını yaxşılaşdırır. Damotunun bu xüsusiyyəti oksidativ stress zamanı orqanizmin antioksidant dəstəyə ehtiyacı olduğu zaman meydana gəlir. Bitki flavonoid və karotinoidlər sayəsində, həmçinin orqanizmin immun sisteminə də müsbət təsir göstərir. Flavonoidlər immun hüceyrələri iltihabi proseslərə cavab olaraq orqanizmdə yaranan oksidativ stresdən müdafiə edir. Karotinoidlər sayəsində damotu hüceyrə və humoral immuniteti möhkəmləndirir, immun hüceyrələri aktivləşdirir, iltihab əleyhinə sitokinlərin sintezini artırır.

Bitkinin aşı maddələri mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır. Patogen mikroorqanizmlərə məhvedici təsir göstərir, faydalı mikrofloranı aktivləşdirir. Yüngül spazmolitik təsir göstərir. Flavonoidlər və acı maddələr hesabına damotu yüngül ödqovucu effekt verir, həzmi yaxşılaşdırır. Bədəndə qlükoza, ümumi xolesterol, aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır.

Bitkinin alkaloid birləşmələri stress və həyəcan səbəbindən meydana gələn metabolik pozulmaları korreksiya edir. Bu vəziyyətdə yaranmış olan taxikardiya və aritmiyaları aradan qaldırır, həmçinin arterial təzyiqi normallaşdırır. Damotunun tərkibində ürək-damar sisteminin fəaliyyəti üçün vacib olan natrium, kalium kimi minerallar, qlikozidlər və üzvi birləşmələr vardır. Sadalanan maddələr ürəkqoruyucu və damarqoruyucu təsir göstərir.

Damotu bitkisi saponinlər hesabına tənəffüs yollarının epitelinə qıcıqlandırıcı təsir göstərir, respirator infeksiyalar zamanı bəlğəmin qovulmasını sürətləndirir. Bu bitki həmçinin sidikqovucu olduğu üçün böyrək və sidik yollarının da fəaliyyətini yaxşılaşdırır. Ürək-damar və böyrək mənşəli patologiyalarda orqanizmdən artıq mayeni xaric edir. Orqanizmi bədəndə toplanmış mayedən, ödem və şişkinlikdən azad edir.

  • “Herba Flora” şirkəti damotu otunu həm ayrıca, həm də Sedativ çay, Sedat10, Florelax kimi bir-birindən faydalı təbii sakitləşdirici məhsulların tərkibində istehsal edir!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar