HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Ayıqulağı Yarpağı

Tərkibi:
Ayıqulağı yarpaqlarının tərkibində 6%-dən çox arbutin, həmçinin metilarbutin, 30-35% piroqall aşı maddələri, qall turşusu, hallotannin, ellaq turşusu, ellaqotannin, ursol turşusu, hidroxinon, uvaol, hiperozid, kversetin, kversitrin, izokversitrin, merisitin, merisitrin, C vitamini, flavonoidlər, xına, qarışqa və digər turşular var.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəq. su hamamında dəmlənir, soyudulur, süzülür. Gündə 3-5 dəfə hər dəfə 1 xörək qaşığı yeməkdən 40 dəq. sonra qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Ayıqulağı yarpağının tərkibi və xüsusiyyətləri

Ayıqulağı xalq təbabətində özünəməxsus faydalı xüsusiyyətləri ilə tanınan dərman bitkisidir. Latınca Arctostaphylos uva-ursi adlanan bu bitki ayıüzümü də adlanır. Daimi yaşıl, sürünən kollar şəklində, 10-30 sm hündürlüyündə olur. Açıq çəhrayı və ya ağ rəngli çiçəklərə sahibdir, may-iyun aylarında çiçəkləyir. Meyvələri qırmızı rəngdə, dəyirmi giləmeyvə şəklində olur. Ayılar bu meyvəni yedikləri üçün adı ayıüzümü, ya da ayıbəhməzi kimi qalıb.

Bitkinin yarpaqları dəri kimi qalın, parlaq, tünd yaşıl rəngdədir. Ən çox dərman məqsədi ilə ayıqulağının məhz yarpaqları istifadə olunur. Əsasən Skandinaviya, Baltikyanı ölkələr, Rusiya, Sibir, Qafqaz, Kanada, ABŞ, Azərbaycanda dağlıq və meşəlik ərazilərdə yayılıb. Bitkinin tərkibi qlikozid arbutin, metilarbutin, aşı maddələr, piraqolol turşusu, qarışqa turşusu, gallotaninlər, flavonoidlər, ursol turşusu, C vitamini və digər fenol birləşmələri kimi bioloji aktiv komponentlərlə zəngindir.

Ayıqulağı yarpağının sidik yollarına təsiri

Ayıqulağı ən çox sidik yollarıböyrək problemləri zamanı istifadə olunur. Bitki ümumi olaraq orqanizmə antiseptik, sidikqovucu, iltihab əleyhinə, büzücü təsir göstərir. Tərkibindəki arbutin qana sorulduqdan sonra böyrək və sidik yollarından keçərək fermentlərin təsiri altında hidroxinon adlanan maddəyə çevrilir. Adı çəkilən maddə sidik yollarını dezinfeksiya edərək sidik-ifrazat sisteminə mikrob əleyhinə, sidikqovucu və spazm əleyhinə təsir göstərir. Bu birləşmə yalnız qələvi mühitdə olanda aktiv olur. Beləliklə, böyrək kanalcıqlarını aktivləşdirərək sidik ifrazını artırır, bədənə yığılmış mayeni çıxarır, ödemi azaldır, orqanizmdə yığılan toksinlərin xaric olmasına kömək edir. Böyrəklərdə filtrasiya və reabsorbsiyanı yaxşılaşdırır.

Sistit, pielonefrit, uretrit kimi iltihabi hallarda istifadəsi faydalıdır. Yüngül antiseptik xüsusiyyətə malik olduğundan sidik yollarındakı mikrobların çoxalmasını ləngidir. Askorbin turşusu ilə zəngin olduğu üçün immuniteti gücləndirir, xroniki və təkrarlanan sidik yolu infeksiyalarının qarşısını almağa yardımçı olur.

Ayıqulağı yarpağının digər faydaları

Ayıqulağı yarpaqları həmçinin tənəffüs sisteminə də müsbət təsir göstərir. Traxeya və bronxlarda kirpikli epitelin hərəki aktivliyini artıraraq tənəffüs yollarına bəlğəmgətirici, yumşaldıcı, yüngül tərlədici təsir göstərir. Mədə və bağırsaq traktına büzücü təsir göstərir, bağırsaq divarını bərkidir, ishal və ya bağırsaq pozuntularında köməkçi vasitə kimi istifadə oluna bilər.

Bitkinin flavonoidləri antioksidant təsir edərək sərbəst radikalları neytrallaşdırır, bədən hüceyrələrini onların dağıdıcı təsirindən qoruyur. Orqanizmdə şiş hüceyrələrinin inkişafının qarşısını alır, bədənə həmçinin yaşlanma əleyhinə təsir göstərir. Ayıqulağı yarpağı tonuslandırıcı vasitə kimi sinir xəstəliklərində, zöhrəvi xəstəliklərdə və xolesistitdə istifadə olunur.

  • “Herba Flora” şirkəti ayıqulağı tərkibli bir çox faydalı, müalicə və profilaktika məqsədilə istifadə oluna bilən məhsullar istehsal edir. Bu məhsullara UroteaTeartroz çaylarını, həmçinin Uros10 kapsulsunu misal göstərmək olar.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar