Məhsullarımız
Şərbətlər
Qurdason Şərbət
Qurd invaziyaları zamanı köməkçi vasitə
<strong>Tərkibi:
Adi dağtərxunu (Tanacetum vulgare) çiçəyinin duru ekstraktı – 18,6 ml; adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 9,3 ml; aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 5,81 ml; çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun duru ekstraktı – 5,81 ml; şişyarpaq səna (Cassia senna) yarpağının duru ekstraktı – 5,81 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Qurd invaziyaları zamanı tövsiyə olunan BFMQƏ.
İstifadə qaydası:
18 yaşdan yuxarı: 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl.
Məhsulun 14 gündən artıq istifadəsi məqsədəuyğun deyil.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Son zamanlar digər parazitar infeksiya lar kimi bağırsaq helmintozları (qurd xəstəlikləri) də çoxalıb. Qurd invaziyaları daha çox uşaqlar, eyni zamanda böyüklərdə müxtəlif problemlər yaratdığından yoluxmanın qarşısını almaq, müalicəni tez və vaxtında aparmaq vacibdir. Formalaşmaqda olan uşaq orqanizminə qurdun vurduğu ziyanları saymaqla qurtarmaz.
Daimi intoksikasiya nəticəsində sinir sistemi pozulur və uşaqlar əsəbi, oyanıq olur, gecə yuxusu çətinləşir, yatarkən dişlərini qıcayır, ağız suyu axması (hipersalivasiya) müşahidə olunur. Mədə-bağırsaq sistemi də qurdların təsirindən zədələnməyə məruz qalır. Bu, uşaqda həzmin pozulmasına, iştahanın itməsinə səbəb olur. Qəbizlik və ya ishal nəinki uşaqları, onların valideynlərini də olduqca narahat edir.
Qidalı maddələrin, vitaminlərin bağırsaqlardan sorulma prosesinin pozulması və daimi intoksikasiya uşaqlarda anemiyaya, yəni qanazlığına gətirib çıxarır. Anemiya özü isə sinir sistemi funksiyalarının pozulmasına səbəb olan faktorlardan biridir. Qurd əleyhinə istifadə olunan kimyəvi tərkibli dərman maddələrinin qəbulu qaçılmaz olsa da, onların uşaq orqanizminə zərərli təsirləri məlumdur.
Uşaqlarda qaraciyərin digər funksiyaları ilə yanaşı zərərsizləşdirmə funksiyası hələ tam formalaşmadığı üçün belə kimyəvi preparatların toksik təsirləri olduqca yüksək olur.
Bu səbəbdən qaraciyər zədələnməyə tez məruz qalır, güclü intoksikasiya əlamətləri müşahidə olunur. Qurd əleyhinə dərmanların qısa müddətə (3-5 gün) təyin olunmasının əsas səbəbi budur. Bununla yanaşı ölmüş qurdları orqanizmdən xaric etmək üçün işlədici, sinir sistemi üçün sakitləşdirici və iştahaaçıcı preparatların təyini müalicənin keyfiyyətini yaxşılaşdırır.
Bütün bunları əsas tutaraq “Herba Flora” şirkətinin qurd əleyhinə istehsal etdiyi Qurdason şərbəti bu effektləri özündə cəmləşdirir. Qurdason şərbəti
Qurdason şərbətinin tərkibindəki adi dağtərxunu çiçəyi və qızılçətir otu qurdların əzələ sistemini iflic edir, onları tonusdan salır, öldürücü təsir edir. Bununla yanaşı qurdların bağırsaq divarına göstərdiyi mexaniki təsir nəticəsində yaranmış iltihabi prosesləri, spazmları aradan qaldırır. Şərbətin tərkibində olan səna yarpağı bağırsaqların selikli qişasına təsir edərək peristaltikanı artırır və ölmüş qurdların orqanizmdən xaric olmasını sürətləndirir.
Aptek çobanyastığı çiçəyi isə spazmolitik effekt verərək helmintozlar zamanı yaranmış sancı, ağrı və gərginliyi aradan qaldırır. Boymadərən otu və qızılçətir otu qaraciyərdaxili öd yollarında spazmı və gərginliyi azaldır, ödqovucu təsir göstərir, həzmi yaxşılaşdırır, həm də qaraciyərqoruyucu effekt verir.
Bütün bu xüsusiyyətlər Qurdason şərbətini digər qurdqovucu preparatlardan fərqləndirir. 3 günlük dərman təyinatı zamanı sağ qalan sist və yumurtalardan sonrakı günlərdə yenidən qurd fərdləri inkişaf edərək çoxalır. Lakin Qurdason şərbəti 2 həftəlik kurs nəticəsində həmin fərdlərə də təsir edir. Həm uşaqlar, həm də böyüklər orqanizmə zərər vurmadan Qurdason şərbətini rahatlıqla qəbul edə bilərlər!