Məhsullar

Fi̇tozol

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi:
Adi dağtərxunu (Tanacetum vulgare) çiçəklərinin quru ekstraktı – 30 mq, çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun quru eks¬traktı – 30 mq, mixək (ətirli siziqium) (Syzygium aromaticum) qönçəsinin tozu – 115 mq, dərman zəncəfili (Zingiber officinale) kökümsovunun tozu -115 mq.
Köməkçi maddələr: qarğıdalı nişastası (amylum maidis) – 110 mq, kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası:
Böyüklər: 1 kapsuldan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məslə¬həti ilə qəbul edə bilər.

Əks göstərişlər:
Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Saxlanma qaydası:
25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-05-000293
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 50 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

TŞ AZ 1400297541.030-2022 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü
www.herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Fitozol – Parazitsiz həyat, sağlam bədən!

Parazit problemi ilə demək olar ki, hər kəs qarşılaşır. Gizli parazitlər və təkrar yoluxma riski bir çoxuna tanışdır. Adi kimyəvi preparatlar belə hallarda kəskin və sürətli təsir göstərsə də, yüksək toksikliyinə görə onlardan profilaktik məqsədlərlə və ya uzun müddət istifadə etmək qeyri-mümkündür.
Fitozol kapsulu orqanizmi parazitlərdən təmizləyir, həzm sistemini qaydaya salır. Profilaktika məqsədilə uzun müddət istifadə etmək olar. Dağtərxunu, qızılçətir, mixək və zəncəfil kimi güclü bitki ekstraktlarını bir araya gətirən bu məhsul, bədəninizi təbii yolla daxildən təmizləyir və bərpa edir.

Əsas təsiredici maddələr:

  • Adi dağtərxunu (Tanacetum vulgare) çiçəyi: Tuyon (alfa və beta-tuyon), kamfora, borneol, 1,8-sineol, luteolin, apigenin, kversetin, rutin, tanasetin, tanaset turşusu və xlorogen turşusu.
  • Çətirli isitməotu (Centaurium umbellatum) (qızılçətir) otu: Gensiopikrin, eritaurin, svertiamarin, sverozid, gensianin, ferul turşusu, sinap turşusu, qəhvə turşusu və askorbin turşusu.
  • Mixək (Syzygium aromaticum) qönçəsi: Evgenol, asetilevgenol, kariofillen, beta-mirsen, kversetin, kempferol, qall turşusu və ellaq turşusu.
  • Dərman zəncəfili (Zingiber officinale) kökümsovu: Gingerollar (6-gingerol), şoqollar, zingeron, paradol, zingiberen, bisabolen, farnesen və kurkumen.

Fitozol kapsulunun faydaları:

  • Orqanizmi parazitlərdən təmizləyir: Tərkibindəki bitki mənşəli acı maddələr və təbii yağlar qurdları və onların sürfələrini zərərsizləşdirərək bədəndən kənarlaşdırır.
  • Qəbizliyin qarşısını alır: Bağırsaqların işini normallaşdırır və yüngül işlədici təsir göstərərək ölmüş qurdların və yumurtalarının bədəndən xaric olunmasını təmin edir.
  • Həzmi yaxşılaşdırır və iştahanı açır: Qurdların yaratdığı köp, qarında sancı, ürəkbulanma və narahatlıq hissini götürür, həzm sistemini işini rahatlaşdırır.
  • Öd və qaraciyəri qoruyur: Öd ifrazını nizamlayır, qaraciyərin parazit toksinlərindən təmizlənməsinə və daha rahat işləməsinə kömək edir.
  • Bağırsaqları qoruyur: Parazitlərin bağırsaq divarında yaratdığı qıcıqlanmanı sakitləşdirir, zərərli mikrobların çoxalmasının qarşısını alır.
  • İmmuniteti gücləndirir: Bədəni parazitlərin zəhərli təsirlərindən təmizləyərək ümumi zəifliyi aradan qaldırır, insanın özünü daha gümrah hiss etməsinə kömək edir.

Fitozol kapsul kimlər üçün uyğundur?

  1. Parazit və qurd problemi olanlar üçün: Bədənində müxtəlif növ bağırsaq parazitləri (qurdlar) aşkar olunan və ya bundan şübhələnən şəxslər üçün.
  2. Profilaktik təmizlənmə istəyənlər üçün: Evində ev heyvanı saxlayanlar, torpaq və bitkilərlə tez-tez təmasda olanlar və ya ailə üzvlərində qurd aşkarlandığı üçün profilaktika məqsədilə bədənini təmizləmək istəyənlər üçün.
  3. Həzm problemi və qəbizlik yaşayanlar üçün: Parazitlərin səbəb olduğu xroniki qəbizlik, köp, qarında sancı və həzm ağırlığı kimi narahatlıqları olanlar üçün.
  4. İştahasızlıq və çəki ala bilməməkdən şikayət edənlər üçün: Xüsusilə qurdların yaratdığı iştahasızlıq, gümrahlığın azalması və səbəbsiz çəki itkisi yaşayan şəxslər üçün.
  5. Kimyəvi dərmanları qəbul etmək istəməyənlər üçün: Tamamilə təbii, bitki tərkibli və bədəni yormadan yumşaq təsir göstərən bir vasitə axtaranlar üçün.

Əlaqəli bloq yazıları:

Helmintoz (qurd xəstəliyi) nədir? İlkin simptomları nələrdir?

Oxşar Məhsullar