HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Prolaks Şərbət

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Tərkibi (100 ml):
Şişyarpaq səna (Cassia acutifolia folium liquid extract) yarpağının duru ekstraktı – 13,8 ml; işlədici murdarça (Rhamnus cathartica cortex liquid extract) qabığının duru eks¬traktı – 10,12 ml; adi zəyərək (Linum usitatissimum semen liquid extract) toxumunun duru ekstraktı – 6,9 ml; adi razyana (Foeniculum vulgare fructus distillate) meyvə¬sinin distillatı – 5,06 ml; adi boymadərən (Achillea millefolium herba liquid extract) otunun duru ekstraktı – 5,06 ml; iri bağayarpağı (Plantago major semen liquid extract) toxumunun duru ekstraktı – 5,06 ml.
Köməkçi maddələr: Distillə suyu /distilled water, saxaroza /sucrose, limon turşusu/citric acid (E330), pektin/pectin (E440), natrium benzoat/sodium benzoate (E211), qliserin/glycerin (E422).

İstifadə qaydası:
Böyüklər: 1 xörək qaşığı gündə 2 dəfə, ehtiyac olan hallarda 1-2 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.

Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000277
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Prolaks Herba Flora şirkətinin qəbizlik əleyhinə şərbətidir. Prolaks şərbəti bağayarpağı və zəyərək toxumları sayəsində selikli maddələrlə zəngin olduğundan bağırsaq möhtəviyyatını yumşaldır. Qəbizliyi aradan qaldırır, bağırsaqların selikli qişasına bürüyücü təsir göstərir. Həmçinin toksiki maddələrin qana sorulmasının qarşısını alır. Tərkibindəki yağ turşuları qanda xolesterinin miqdarını azaltmaqla qaraciyərin piy distirofiyasının qarşısını alır.

Prolaks şərbəti yumşaldıcı təsir göstərdiyi üçün qida məhsullarının mədə-bağırsaq sistemində hərəkət sürətini artırır. Nəticədə toksiki maddələrin və doymamış yağ turşularının sorulmasının qarşısını alır. Səna yarpağı və murdarça qabığı antraqlikozidlərlə zəngin olduğundan bağırsaqlardan suyun sorulmasını ləngidir. Bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Hər iki işlədici bitki həzm prosesini pozmur, yumşaq təsir göstərir. Boymadərən otunun tərkibində olan axillein acı alkaloidi həzm vəzlərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir.

Prolaks şərbəti boymadərən otu sayəsində həm də öd kisəsi və öd yollarının saya əzələlərinə spazmolitik təsir göstərməklə ödün xaric olmasını asanlaşdırır, bununla da qaraciyərdaxili öd yollarında durğunluğun və hepatositlərin zədələnməsinin qarşısını alır. Aşı maddələri və efir yağları iltihabəleyhinə və bakterisid təsir göstərir, qaraciyər hüceyrələrinin regenerasiyanı yaxşılaşdırır. Acı maddələr həzm vəzilərini qıcıqlandırır və həzmi yaxşılaşdırır.

Razyana toxumları efir yağları sayəsində bağırsaqlarda olan spazmı və sancını aradan qaldırır. Prolaks şərbətinin tərkibindəki gavalı və ərik meyvələri şərbətin işlədicilik xüsusiyyətini daha da artıraraq bağırsaqların fəaliyyətini yaxşılaşdırır beləliklə qəbizlik aradan qalxır. Qidalı liflər və pektinlə zəngin olan ərik qanda xolesterinin səviyyəsini aşağı salır, orqanizmi toksinlərdən təmizləyir, həzm prosesini pozmur, yumşaq təsir göstərir, bağırsaqların evakuasiya funksiyasını sürətləndirir.

Prolaks şərbəti qəbizliklə müşayiət olunan kolitlər, disbakterioz kimi xəstəliklər zamanı xəstələrə ilk qəbuldan belə müsbət effekt verir. Herba Flora şirkətinin Prolaks şərbəti qəbizliyin yüngül formalarında 1 xörək qaşığından gündə 2 dəfə, ağır hallarda 1-2 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Herba Flora şirkətinin Prolaks şərbətini qəbul edin, qəbizliyə son deyin!

https://fizulihuseynov.com/

Şərbətlər

 

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar